• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bu, Böyük Qayıdışın başlanğıcı olacaq

  • 05.05.2021, 14:37, Baxış sayı:
  • 298
Bu, Böyük Qayıdışın başlanğıcı olacaq
Cənab Prezidentin Cəbrayıl və Zəngilana səfəri çərçivəsində I Ağalı kəndində “Ağıllı kənd” konsepsiyasına start verildi. Təməli qoyulan “Ağıllı kənd” layihəsi Böyük Qayıdışın başlanğıcı olacaq. İşğaldan azad olunmuş ərazilərdə həyat fərqli şəkildə, müasir innovativ texnologiyalarla təchiz olunacaq.
Azad olunmuş ərazilərdə bərpa olunacaq şəhər və kəndlər smart konsepsiyaya uyğun qurulacaq. Hazırda dağıdılmış şəhərlərimizin layihələndirmə və dəyərləndirmə işləri aparılır. İşğaldan azad olunmuş ərazilərimizdə istehsal sahələri də müasir şəkildə təşkil olunacaq. Bu həm məhsuldarlığın yüksək olmasına, həm də beynəlxalq standartlara cavab verən məhsulların istehsalına imkan verəcək.
30 ilə yaxın qaçqın-köçkün həyatını yaşamış vətəndaşlarımız azad olunmuş ərazilərdə müasir həyat şəraitinə qovuşmaqla bu illərdə çəkdiyi əzablardan qurtulacaq. İşğaldan azad olunan ərazilərdə icra olunan “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji” konsepsiyalarının kompleks şəkildə bir regionda həyata keçirilməsi, bəlkə də, dünyada bir ilk olacaq. Pilot layihələr kimi icra olunan müasir smart konsepsiyaların ölkəmizin digər bölgələrində də tətbiqi mümkündür.
Aysel VƏLİZADƏ,
Murad Hüseynov adına
Əsgərbəyli kənd tam orta
məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter