“Vətən” müharibəsindəki şanlı qələbədən sonra Azərbaycan Respublikası işğaldan azad olunmuş ərazilərdə dövlət hakimiyyətinin bərpası və təməl quruculqu işlərinə başlanılmışdır. Təəsüf ki, düşmən işğal etdikləri ərazilərdə misli görünməmiş vandanlıq törətmiş və bütün mülki infrastrukturu məhv etmişdir. İşğal olunmuş ərazilər səfər edən əcnəbi jurnalıstlər və diplomatlar bu törədilən vəhşilikdən heyrətə gəlmişdir. İşğal altında saxlandığı vaxtlar Azərbaycan kəndləri ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmayıb.
Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə orada məskunalşdırılmış ermənilər səfalətə məhkum edilmişlər.
Cənab Prezident çıxışnda bildirmişdi ki, quruculuq işləri işləri planlı şəkildə həyata keçiriləcək və bütün həyati əhəmiyyətli infrastrurkturlar yenidən bərpa ediləcək. İşğaldan azad olunmuş ərazilərə səfər zamanı cənab Prezident demişdir. “Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.”Erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü dövlətimizin güc və qüdrətini nümayiş etdirir.Tarixi torpaqların əsl sahibi olan azərbaycan xalqı o torpaqlara qayıdacaq bə bütün dünya görəcək ki,əsl qurucluq işləri,torpağa layiqi ilə sahiblənmə nə deməkdir. Həm dövlətimiz həmdə azərabaycan xalqı bunu əməli sübut edəcək.
Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə olunacaq. Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir.
Müharibədəki məğlubiyyətdən dəsr götürməyən hələdə miflə, xülyalarla yaşayan əslində isə Azərbaycanın şanlı qələbəsini həzm edə bilməyən siyasi qüvvələr Ermənistanda hələdə mövcuddur. Onlar bu vəziyyətdə belə revanşist bəyanatlar verir, Azərbaycanı azad etdiyi əraziləri geri verməyi tələb edirlər. Təbii ki, bu artıq xülyadı. Heç kim bizi o torpaqlardan çıxara bilməz. Cənab Prezidentin də dediyi kimi revanşist qüvvələr baş qaldırsa yenidən cəzalarını alacaq. İllərdi uydurduqları yalanlar, mifflər ermənilərin sonunu hazırladı. Özlərinin açıqladıları rəsmi məlumata görə 6000 dən çox erməni əsgəri məhv edilib. İtginlərin sayı 1000 dən yuxarıdı. Övladlarından xəbər ala bilməyən yüzlərlə ailələr hər gün mitinqlərdə hökümətlərindən dəqiq məlumat tələb edirlər. Müharibə bütün Ermənistanı laxlatdı.
Cənab Prezident vurğulardıkı erməni ordusu demək olar ki məhv edilib. Artıq olar öz dövlətlərinədə müdafiə etmək gücündə deyillər.
Bu müharibə başlayan gündən indiyə qədər azərbaycan xalqı dünyada misli görünməmiş birlik nümayiş etdirdi. Ermənistanda isə tam əksi oldu. Erməni xalqı illərlə uydurulan yalanın qurbanı olduğunu indi anlayır.
Murad Həsənli,
Sabirabad rayon Gənclər və idman idarəsinin əməkdaşı.
Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı