• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Dağıdılmış kənd və şəhərlərimizi müasir standartlar əsasında bərpa etməliyik - Prezident

  • 28.04.2021, 08:03, Baxış sayı:
  • 405
Dağıdılmış kənd və şəhərlərimizi müasir standartlar əsasında bərpa etməliyik - Prezident
“Bu, Qarabağ regionunda ölkənin birinci layihəsidir. Mən şadam ki, Azərbaycanın yaxşı tərəfdaşı olan “Huayvei” şirkəti bu layihədə iştirak edir”.
Valyuta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində birinci “Ağıllı kənd” pilot layihəsinin icrasında iştirak edəcək “Huayvei-Azərbaycan” şirkətinin baş meneceri ilə videoformatda söhbət edərkən bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, şirkətin Bakı ofisi çox uğurlu fəaliyyət göstərir və işğaldan azad olunmuş ərazilərdə çoxlu işlər olacaq.
“Çünki bu, yalnız bir kənddir. Erməni təcavüzkarlar tərəfindən dağıdılmış yüzlərlə kənd və şəhərlərimiz var. Bizə indi onları bərpa etmək lazımdır. Biz onları müasir standartlar, yaşayış standartları əsasında bərpa etməliyik. Beləliklə, mən sizə uğurlar arzulayıram və ümid edirəm ki, işğaldan azad olunmuş ərazilərin digər hissəsində işləmək üçün sizin başqa fürsətiniz olacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
“Huayvei-Azərbaycan” şirkətinin baş meneceri bildirib ki, şirkətin “Ağıllı kənd” rəqəmsal texnologiyasından Qarabağda yenidən qurulacaq ərazilərdə istifadə ediləcək.
O deyib:
“Dünya üzrə aparıcı İKT texnologiyaları şirkəti olaraq biz bütün ən son qabaqcıl texnologiyalarımızı Qarabağda təqdim etməyə və gələcəkdə “Ağıllı kənd”lərin inkişafında iştirak etməyə hazırıq. Aparıcı “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının təchizatçısı kimi şirkətimizin bu sahədə böyük təcrübəsi var və bizim 100-dən çox qlobal layihəmiz mövcuddur. Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün biz ən son məhsul və texnologiyaları təchiz edəcəyik”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter