ABŞ Prezidenti Co Baydenin aprelin 24-də qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat türk dünyasına qarşı olan saxta bəyanatdır. Bu gün bütün dünya bilir ki, tarix boyu türk-müsəlman əhalisinə qarşı soyqırımıları törədən ermənilərin uydurduqları yalanların məqsədi nədir və bu yalanlar nəyə xidmət edir. ABŞ Prezidentinin tarixdə olmayan, yalan üzərində qurulmuş, saxta erməni təbliğatı nəticəsində yaranmış “soyqırımı” mifinə bu cür qiymət verməsi çox böyük təəssüf doğurur. “Erməni soyqırımı” haqqında iddialar Qərbdə islamofob, anti-müsəlman və anti-türk meyillərin güclənməsinin təzahürüdür. Bu, həm də müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili standartların nəticəsidir.
Tarixi faktlar da sübut edir ki, 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilər qətlə yetirilməyib, əksinə türk və Azərbaycan xalqları ötən əsrin müxtəlif dövrlərində ermənilər tərəfindən misli görünməmiş soyqırımına məruz qalıblar. Neçə illərdir biz bütün dünyaya, həmçinin Avropa ölkələrinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı haqqında həqiqətləri, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırırıq. Tarixdə heç vaxt baş verməyən “erməni soyqırımı”nın törədildiyini iddia edən ABŞ 1992-ci il 26 fevral tarixində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi üçün niyə addım atmır?
Maraqlı məqam odur ki, Türkiyəni “soyqırımı” törətməkdə ittiham edən ABŞ Vyetnamda 4 milyon, Koreyada 3 milyon, Kamboca və Laosda 1 milyon, Əfqanıstanda 1,5 milyon, İraqda 1 milyon, Xirosima və Naqasakidə 350 min insanı, eləcə də qitənin yerli sakinləri olan 15 milyon qızıldərilini qətlə yetirmişdir. Bəs, bu mövzuda niyə danışılmır? Nəyə görə bu tarixin üzərindən keçilir, lakin tarixdə olmayan bir hadisə saxta faktlarla təqdim edilir?
Tarixi saxtalaşdıraraq, heç bir fakta istinad etmədən, həmin dövrün arxiv materiallarına baxmadan bu hadisəni qiymətləndirilməsi tamamilə yanlışdır. Ona görə də ABŞ Prezidenti Co Baydenin verdiyi açıqlamanın heç bir hüquqi əsası yoxdur, bu cür saxta ittihamlarla qardaş Türkiyəyə təzyiq göstərmək cəhdləri yolverilməzdir. Biz hər zaman və hər bir məsələdə Türkiyənin mövqeyini dəstəkləyirik və onlarla birlikdəyik!
Əlifağa Nadirov,
Sabirabad rayonu Qaratəpə kənd
sahə xəstəxanasının müdiri