Partiyanın yaranması, inkişafı və güclənməsi Ulu Öndər Heydər Əliyevin ideyaları, Onun nüfuzu, uzaqgörənliyi və dövlətçiliklə bağlı zəngin təcrübəsi və məsləhətləri əsasında baş vermişdir. Ötən dövr ərzində Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına və eyni zamanda Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilmişdir.
Son 17 ildə Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, Onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Azərbaycan keçən dövr ərzində kifayət qədər tarixi uğurlar əldə etmişdir. Bu uğurlar həm iqtisadiyyat, həm sosial sahədə, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artması sayəsində əldə edilmişdir. Eyni zamanda bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birlik və bu birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq lazımdır.
Umumiyyətlə, Yeni Azərbaycan Partiyasının rəhbəri kimi cənab İlham Əliyevin fəaliyyəti zamanı, yəni son 17 ildə Azərbaycanda 4 mühüm nəticəyə nail olunmuşdur. Bunlardan birincisi ondan ibarətdir ki, Azərbaycanda dayanıqlı əsaslara söykənən bir birlik yaranmışdır. Bu birlik həm xalq-iqtidar birliyidir, bu birlik eyni zamanda müxtəlif millətlərin və dinlərin birliyidir. Yəni, Azərbaycanda bu gün hər bir xalqın nümayəndəsi kifayət qədər rahat yaşayır, öz dilində danışa bilir, öz dininə sitayiş edir və yaxud hər hansı bir siyasi partiyanın nümayəndəsi öz fikirlərini azad şəkildə ifadə edə bilir. Azərbaycanda belə bir birliyin əldə olunması çox ciddi bir uğurdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması da sözsüz ki, bu birliyin, həmrəyliyin bir nümunəsidir. Bu həm də Yeni Azərbaycan Partiyasının nüfuzunun artmasının, xalqın maraqlarına xidmət etməsinin, iqtidara qarşı olan müsbət ictimai fikrin və ən ümdəsi, partiyanın Sədri cənab İlham Əliyevə və Sədrin birinci müavini Mehriban xanım Əliyevaya olan ümumuxalq məhəbbətinin daha da artmasının göstəricisidir.
İkinci mühüm nəticə iqtisadiyyatda əldə edilmiş uğurlarla bağlıdır. Son 17 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artmışdır. Bu gün Cənubi Qafqazın iqtisadiyyatının 75 faizi bizə aiddir. Bu gün regionda Azərbaycanın iştirakı olmadan reallaşan hər hansı bir layihə yoxdur. Bu gün Azərbaycan iqtisadi baxımdan regionda ən müstəqil bir ölkədir. Azərbaycanın iqtisadi, maliyyə resursları ölkəmizin müstəqilliyini təmin edəcək qədər güclüdür, yetərlidir və bundan sonra da Azərbaycanın müstəqilliyinin, qüdrətinin güclənməsini təmin edəcəkdir.
Üçüncü nəticə Azərbaycanın beynəlxalq nüfuzu ilə bağlı əldə edilmiş nəticədir. Ölkəmiz müstəqillik əldə etdiyi illərdə hər birimizin arzusu Azərbaycanın daha çox tanınması, xarici ölkələrdə Azərbaycanın milli, mənəvi dəyərlərinin bilinməsi, məşhur şeirdə deyildiyi kimi "İmzalarımızın imzalar arasında olması" idi. Hər zaman Azərbaycan deyəndə onun tanınması, adət ənənələrimizin bilinməsini biz çox arzulayırdıq. Biz artıq bu arzulara çatmışıq. Bu gün dünyada Azərbaycan deyəndə kifayət qədər nüfuzlu, öz milli dəyərləri olan, qurub – yaradan, güclü və müstəqil bir ölkə kimi qəbul olunur.
Azərbaycan bu gün Qoşulmama Hərəkatının sədridir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına rəhbərlik edən ölkələrdən biri olub, bütövlükdə bu gün Avropa Şurasında, ATƏT-də, Avropa İttifaqında müstəqil və yaradıcı mövqeyi olan çox az saylı ölkələrdən biridir.
Dördüncü nəticə isə uzun illərdir ki, Azərbaycan xalqının vahid bir amalı uğrunda apardığımız Vətən müharibəsindən tam qalib çixmağımızdır. İşğal olunmuş torpaqlarımızın Müzzəfər Ali Baş Komandanım İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin tapdağından olunması, milli qürurumuzun dirçəlməsi, xalqın başının ucaldılması ilə nəticələndi.
Günel Əhmədli,
Yeni Azərbaycan Partiyası Sabirabad
rayon təşkilatının könüllüsü