Ədalətli diplomatiya prinsipial xarici siyasət xəttimizin əsasını təşkil edir
- 09.03.2021, 18:10, Baxış sayı:
- 451
Facebook
Вконтакте
Одноклассники
Google+
Regionun ən güclü dövləti olan Azərbaycan gündən günə öz nüfuz dairəsini genişləndirərək beynəlxalq arenada xüsusi hörmət və ciddiyətə malikdir. Müstəqilliyimizi qazandıqdan sonra ölkəmiz genişmiqyaslı iqtisadi layihələrdə beynəlxalq şirkətlər və təşkilatlarla sıx əməkdaşlıq edir. Hər bir irimiqayaslı layihələrdə ölkəmiz öndə gedən aparıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası bütün sahələrdə istər iqtisadi, istərsə hərbi-təhlükəsizlik və siyasi sahələrdə əməkdaşlıq sahəsində birmənalı şəkildə tam yetkin bir mövqe sərgiləyir. Müstəqilliyimizi əldə etdiyimiz qısa bir zaman çərçivəsində ölkəmiz bir-birinin ardınca qısa zaman kəsiyində dünyanın ən nüfuzlu təşkilatları olan BMT-nin, ATƏT-in , MDB-nin, İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının tam bərabərhüquqlu üzvü olmuşdur. Bundan əlavə Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə hərbi sahədə genişmiqyaslı əməkdaşlıq edir. Ölkəmizdə demək olar ki hər il dünyanın ən böyük iqtisadi və siyasi qüdrətə malik olan dövlət başçılarının və nüfuzlu şəxslərinin iştirakı ilə beynəlxalq tədbirlər, konfranslar, sammitlər və görüşlər keçirilir. Bu tədbirlər onu göstərir ki ölkəmiz dünya beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyi ilə seçilir. Bu gün dünyanın istənilən ölkəsi və şirkəti Azərbaycanla işbirliyini düşünmədən edir. Çünki ölkəmizdə buna tam təhlükəsiz və sabit bir zəmin vardır. Ölkəmizə qoyulan hər bir investisiya tam arxayınlıqla və əminliklə nəzarətdə saxlanılır bu da ölkəmizin etibarlı tərəfdaş kimi imicinə çox böyük nüfuz qazandırır. Respublikamızda mövcud olan ictimai-siyasi və sosial vəziyyətin stabil olması xarici sərmayənin ölkəmizə axınını davamlı şəkildə təmin edir.
Beynəlxalq aləmdə Azərbaycan Respublikası öz milli maraqlarına sadiq qalaraq eyni zamanda ədalətli şəkildə xarici siyasətini qarşılıqlı maraqların qorunması konteksində formalaşdırmışdır. Dövlətimiz üzv olduğu bütün beynəlxalq təşkilatların əsas prinsiplərinə etimad edərək səsvermələrdə qonşu və regional dövlətlərin ərazi bütövlüyünün qorunmasına çalışmışdır. Müsəlman-türk dövlətinin dünyada artan beynəlxalq gücünü və qüdrətini həzm edə bilməyən, qısqanclıqla qarşılayan bir sıra Avropa dövlətləri apardığımız praqmatik diplomatiya sayəsində bizimlə razılaşmalı olurlar. Bu bizim artan gücümüzün və apardığımız qətiyyətli xarici siyasətin bariz təzahürüdür. Səfirlərimiz, konsullarımız diplomatlarıımız bundan sonra da xarici siyasətimizin taleyüklü məsələlərinin həllində səylərini əsirgəməyəcəklər Azərbaycan daima beynəlxalq miqyasda çox böyük uğurlara imza atmış Qafqazın ən lider dövlətidir.
Qüdrətli iqtisadiyyatımız uğurlu xarici siyasətimizin ən təməl prinsiplərindən biridir. Ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələr geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaradır. Biz nəqliyyat infrastrukturuna – dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırmaqla əlverişli coğrafi mövqeyimizi real nəqliyyat imkanlarına çevirmişik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi vacib tranzit ölkəyə çevrilib. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avropa arasında vacib logistik bağlantıdır. TANAP, TAP layihələrinin miqyasına nəzər saldıqda görürük ki, ölkəmizin beynəlxalq geosiyasi arenada mövqeyi və nüfuzu nə dərəcədə əhəmiyyətli və əvəzsizdir. Bütün bunlar həm beynəlxalq əməkdaşlıq formatını yaradır, xalqları və ölkələri bir-birinə bağlayır, sülh və sabitliyə xidmət edir, həm də xarici siyasi əlaqələrin məhsuldar məcraya yönəlməsində təkanverici rol oynayır.
İlyas Əsədov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının Yaxa Dəllək kənd ilk partiya təşkilatının sədri