• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Prezident bu qərarla böyük qayıdışa zəmin yaratdı” - Köçkün binaları şəhid ailələrinə verilir

  • 07.01.2021, 15:20, Baxış sayı:
  • 451
“Prezident bu qərarla böyük qayıdışa zəmin yaratdı” - Köçkün binaları şəhid ailələrinə verilir
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin şəhid ailələrinə veriləcəyini açıqlayıb.

Prezidentin göstərişilə “Dövlətqaçqınkom”un balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.
Ölkə başçısı deyib ki, bu evlərdə müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir:
“Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, bağışlayın, keçmiş köçkünlər bunu düzgün anlayacaqlar. Mən hər şeyi həmişə necə var elə də demişəm. Mən bilirəm ki, onlar bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə, keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır”.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bu qərarı yüksək qiymətləndirib:

“Hələ bir müddət əvvəl Modern.az-a açıqlama verərkən mən də bu evlərin şəhid, qazi ailələrinə, ehtiyacı olanlara verilməsini təklif etmişdim. Cənab Prezidentin belə bir qərar verməsi təbii ki, təqdirəlayiqdir və böyük qayıdış üçün zəmindir.
Təbii ki, ilk növbədə boşalacaq evlər şəhid, qazi, ailələrinə verilməlidir. Bunlar tam təmin olunduqdan sonra boş evlər qalarsa, digər kateqoriyadan olan ehtiyaclı ailələrimizə verilə bilər”.

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alıyeva ölkə rəhbərinin verdiyi bu qərarla Qarabağa qayıdışın əsasının qoyulduğunu deyib:
“Bu göstəriş qayıdışın bariz nümunəsidir. Qarabağdan olan soydaşlarımız geriyə-öz yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. O torpaqlarda yeni həyat başlayacaq. Qarabağ Azərbaycanın ən dilbər, ən dəyərli guşələrindən biridir. Eyni zamanda, ən müqəddəsdir, çünki şəhid qanı ilə yoğrulub. İnşallah, Qarabağda bərpa işlərinə başlandıqca, proses öz axarını tapacaq.

Dövlət, cəmiyyət olaraq,Vətənin müdafiəsi, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmalarımızın ailələrinin ən yaxşı şərtlərlə yaşamalarını təmin etməyə borcluyuq. Cənab Prezidentin bu göstərişi də bunun bariz nümunəsidir. İnşallah ki, həmin mənzillər ehtiyaclı olan şəhid ailələrimizə paylanar. Çünki bu gün bizi ən çox narahat edən məsələ şəhid ailələrinin mənzil problemidir. Doğrudur, şəhid ailələrinə proses Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mərhələli şəkildə həyata keçirilsə də, hələ də ehtiyaclı, illərdir mənzil növbəsi gözləyən ailələrimiz var. İnşallah ki, yaxın vaxtlarda bu göstərişin icrasına başlanar”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter