• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Kişi Suqovuşanda azyaşlı uşağı olan qadını yulğunluğa aparıb... - Şok təfərrüat

  • 04.03.2021, 13:27, Baxış sayı:
  • 515
Kişi Suqovuşanda azyaşlı uşağı olan qadını yulğunluğa aparıb... - Şok təfərrüat

Sabirabad rayonunda zorlama və seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Nicat Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Nicat Cəfərov sərxoş vəziyyətdə 3 fevral 2019-cu il tarixdə, saat 22 radələrində tanışları Elvin İmanov və Elmir Həsənovla birlikdə sonuncunun idarə etdiyi "Mercedes 300D" markalı avtomaşınla Sabirabad şəhəri, Heydər Əliyev prospekti ilə rayonun mərkəzi poçtunun qarşısında hərəkət ediblər.
Avtomobildə arxa oturacaqda əyləşmiş Elvin İmanov yolun kənarındakı səkidə azyaşlı uşağı ilə piyada gedən Adilə Məmmədovanı (ad və soyad şərti verilib - red.) görüb və icarəyə götürdüyü kafeyə işə götürmək üçün onunla danışmaq istədiyini bildirib, onu avtomaşına dəvət edib.
Adilə Məmmədova avtomaşının arxa oturacağına əyləşdikdən sonra Nicat Cəfərov onunla cinsi əlaqədə olmaq qərarına gəlib. Qadının müəyyən pul müqabilində bununla razılaşacağını güman edib. Amma maşındakı şəxslərə niyyəti barədə heç bir məlumat verməyib.
Nicat Cəfərov Adilə Məmmədovanın cinsi əlaqədə olmağa razılıq verib-vermədiyini dəqiqləşdirmədən avtomaşını Sabirabad şəhərində yerləşən müxtəlif ünvanlara sürdürüb. Avtomaşın "Kür qırağı" adı ilə tanınan ərazidə olarkən palçığa batıb.
Nicat Cəfərov özünün idarə etdiyi "VAZ 21074" markalı avtomaşının ardınca gedib və maşını həmin əraziyə sürüb. O, Adilə Məmmədovanın oradan uzaqlaşmaq istədiyini görüb.
Bu zaman Adiləyə evə aparacağı vədi ilə özünün maşınına əyləşməyi təklif edib. Adilə də bu sözlərə inanıb və öz azyaşlı övladı ilə birlikdə onun avtomobilinə minib.
Nicat Cəfərov gecə saat 00.40-da Adilə Məmmədovanın azyaşlı övladının yatmasından istifadə edib, qadınla cinsi əlaqədə olmaq məqsədi ilə ondan yerə düşməyi tələb edib.
Nicatın niyyətini başa düşən Adilə maşından uzaqlaşmaq istəyib, onunla cinsi əlaqəyə və seksual xarakterli digər hərəkətlərə razılıq verməyib.
Vəziyyəti belə görən Nicat Cəfərov Adilə Məmmədovanın qolundan tuturaq zor tətbiq edib və avtomaşından düşürdüb. O, qadını avtomobilin yerləşdiyi yerdən 13 metr aralıda Kür çayı ilə Araz çayının qovuşduğu hissədə (Suqovşan) yulğun ağaclarının olduğu dərəyə aparıb. Orada Adilə Məmmədovdan cinsi əlaqəyə girməsini tələb edib.
Nicat Cəfərov Adilə Məmmədovanın əynində olan gödəkçəsini zorla çıxarıb və yerə sərib. Sonra o, soyunduraraq qadını gödəkçənin üzərinə uzadıb.
Adilə Məmmədova ayağa qalxaraq qaçmaq istəyib. Nicat Cəfərov buna imkan verməyib, müqavimətin qarşısını almaq məqsədi ilə onu döyüb.
Qadını şillə-təpiklə vuraraq saçından tutub başını yerə vuraraq müqavimətini qırıb. Ona qarşı seksual xarakterli hərəkətlər edib, cinsi ehtirasını təmin edib. Sonra ayağa duraraq bir qədər kənara çəkilib.
Bundan istifadə edən Adilə Məmmədova dizləri üstündə iməkləməklə dərənin yuxarısına, "Kür qırağı" adlı yola doğru qaçmağa çalışıb.
Adilə Məmmədovanın qaçdığını görən Nicat Cəfərov onun ayağından tutub, aşağıya sürüyüb. Ardınca zor tətbiq etməklə onunla yenə də cinsi əlaqədə olmaq istədiyini deyib.
Adilə Məmmədova dəfələrlə qışqıraraq, onun əlindən çıxmağa çalışsa da, Nicat Cəfərov etirazlara əhəmiyyət verməyib. O, qadına çoxsaylı bədən xəsarətləri yetirib. Sonra zorla təbii yolla zorla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Nicat Cəfərovun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Cəfərov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilib.
Hökmdən narazı qalan Nicat Cəfərov apelyasiya şikayəti verib. O, məhkəmənin hökmü qanunsuz və əsassız olduğunu deyib. Bildirib ki, istintaq orqanın və birinci instansiya məhkəməsinin nəticəyə gəldiyi cinayət əməlini törətməyib.
Nicat Cəfərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, ora qarşı sürülən cinayət uydurmalardan ibarətdir. O, Adilə Məmmədovanın bədəni üzərində olan xəsarətlərdən xəbəri olmadığını qeyd edub.
Nicat Cəfərov barəsində ittiham olunduğu hər iki maddə ilə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Bu şikayətə Şirvan Apelyasiya Məhkəməsində baxılıb və sonda qərar elan olunub. Nicat Cəfərovun şikayəti təmin edilməyib.
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter