• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Xalqımız öz tarixi haqqına qovuşdu

  • 28.02.2021, 13:21, Baxış sayı:
  • 300
Xalqımız öz tarixi haqqına qovuşdu
Birinci Qarabağ Müharibəsi zamanı AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti, düşmənin bir sıra ölkələrdən hərbi, iqtisadi yardımlar alması Dağlıq Qarabağ və ətraf rayonumuzun itirilməsi ilə nəticələndi.
Uzun illər ərzində münaqişənin sülh yolu ilə həlli təxribatçı qüvvələrin Ermənistanı pulsuz silahlandırması, bir sıra dünya ölkələrinin və Beynəlxalq Təşkilatların ikili siyasət yürütməsi sayəsində mümkün olmadı. Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksək vəzifəli rəsmi nümayəndələri Azərbaycana təzyiq edərək deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur realıqla barışmaq lazımdır. Bütün təzyiqlərə tab gətirərək Ümummilli Liderimiz Heydər Əliyev və Möhtərəm Prezidentimiz İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Ordu quruculuğu sahəsində möhtəşəm, misilsiz işlərə imza atıldı. Beynəlxalq münasibətlərdə, iqtisadi sahələrdə dövlətimizin daha da güclənməsi üçün yeni reallıqlar yaradıldı.
Dövlətimizin münaqişənin dinc həllinə çağırışlarına Ermənistan rəhbərliyi təxribatçı çıxışları, hərəkətləri ilə cavab verirdi. Bəzən də Azərbaycan xalqının heysiyyəti ilə oynayırdılar. Ermənistan yeni müharibə yeni torpaqlar iddiasında olaraq yeni-yeni təxribatlar törədirdilər. Bu da münaqişənin sülh yolu ilə həllinin mümkünsüzlüyünə gətirib çıxardı. 2020-ci il sentyabrn sonlarında ermənilərin yenidən təxribata əl atmaları İkinci Qarabağ Müharibəsinin başlanmasına gətirib çıxardı. 44 günlük Müharibə Azərbaycan xalqının öz tarixi haqqına qovuşması ilə nəticələndi. Münaqişənin hərbi həlli yoxdur deyənlərə tarixi dərs oldu. Minsk qrupunun görməli olduğu işi Azərbaycan təkbaşına həll etməyə nail oldu. Bu Möhtərəm Prezidentimizin dediyi kimi Şanlı Ordumuzun rəşadətli xalqımızın milli birliyinin vəhdəti sayəsində mümkün oldu. Əsgərlərimizin igidliyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirildi.
Şəhid ailələrinə, qazilərə qayğı həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. İndiyədək bu sahədə çoxlu sayda məqsədyönlü işlər görülmüş və bu fəaliyyət davam etməkdədir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin 2021-ci ilin yanvar ayında imzaladığı Sərəncama görə 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox Şəhid ailəsi və Müharibə əlilləri mənzil habelə fərdi evlə təmin ediləcək. Qazilərimizin ehtiyac duyduqları bütün məsələlər dövlətimizin qayğısı ilə öz həllini tapacaqdır.
İkinci Qarabağ Müharibəsi Rusiya Federasiyasının forpostu olan Ermənistanı ağır iqtisadi, siyasi nəticələrlə baş-başa qoydu. Bu gün Ermənistanda siyasi rəhbərlikdə olanlarla sabiq rəhbərlər arasında didişmə gündən-günə güclənməkdədir. Nümayişlər kütləvi həbslər pik həddindədir.

Afiq Ağayev
H.Z.Tağıyev adına 6 saylı şəhər tam
orta məktəbin tarix müəllimi, «Tərəqqi» medallı.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter