• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad şəhərinin mərkəzində Səməd Vurğun adına klubun “Yay teatrı” satılıb, klub isə məsuliyyətsizlik səbəbindən dağılıb

  • 28.02.2021, 10:08, Baxış sayı:
  • 659

Sabirabad şəhəri İsmət Qayıbov küçəsi 48 ünvanda yerləşən, 1967-ci ildə tikilmiş Səməd Vurğun adına klub istifadəyə yarasız vəziyyətə salınıb

Vaxtılə Səməd Vurğun adına klub Sabirabadda asudə vaxtlarını mənalı keçirmək üçün hamının ən sevimli yeri idi. Şəhərin mərkəzində, əhalinin sıx olduğu yerdə yerləşən bu binada rayonun ən mötəbər tədbirləri təşkil olunardı. Xalqımızın Ümummilli Lideri, o vaxtlar Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev bu klubun iclas zalında zona müşavirələrə keçirərdi. 1976-cı ildə yeni mədəniyyət evi istifadəyə verildiyi günə qədər H.Əliyev bu mədəniyyət ocağında 4 dəfə zona və ümumrayon fəllar yığıncaqlarında iştirak etmişdi.
Ötən əsrin 90-cı illərində klub baxımsızlıqdan dağılmağa başladı. Bina “Azərkinovideo” İstehsalat Birliyinin yerli şöbəsinin sərəncamına verilmişdi. Onlar da buranı kimə istəsələr ona da icarəyə verirdilər. Nəticədə bina yavaş-yavaş əvvəlki görkəmini itirdi.
Azərbaycan Prezidentinin 19 aprel 2001-ci il tarixli, 688 nömrəli sərəncanı ilə “Azərkinivideo” İstehsalat Birliyi ləğv edilərək onun tabeliyində olan müəssilər, o cümlədən Səməd Vurğun adına klub rayon mədəniyyət şöbəsinin balansına verildi.
Mədəniyyət nazirlyinin 8 may 2002-ci il tarixli 185 nömrəli əmri ilə kino nümayişi şəbəkəsinin işini bərpa etmək məqsədilə rayon mədəniyyət şöbələrinin, o cümlədən Sabirabad şöbəsinin tərkibində Kinovideo birliyi təşkil edildi.
Ancaq nə fayda. Rayon mədəniyyətinin başbilənləri ərazisi 775,8 kv.m olan binanı yenə “hərraca” çıxardılar. Klubun otaqları hissələrə bölündü. Kimin ürəyindən nə keçirdisə, onu da etməyə başladı. İş o yerə çatdı ki, xeyli böyük ərazini əhatə edən kluba bitişik “Yay teatrı” da satıldı.
Necə və kimə? Yəqin ki, bu suallara cavab verən tapılacaq.
Prezidenti İlham Əliyev yanvarın 5-də videoformatda qəbul edərkən yeni mədəniyyət naziri Anar Kərimovun“Verdiyiniz tapşırıqları və üzərimə düşən məsuliyyəti dərk edərək onları şərəf və vicdanla yerinə yetirəcəyəm”, - dediyi fikirlər bizdə tam əminlik yaradır ki, tilsimə düşmüş Səməd Vurğun adına klubun üzünə də günəş doğacaq.
İ.ƏSGƏROV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter