Fransızlardan daha bir şərəfsiz ADDIM
- 22.11.2020, 19:03, Baxış sayı:
Facebook
Вконтакте
Одноклассники
Google+
“Fransanın Sent-Etyen Şəhər Şurası Höküməti “Artsax”ın müstəqilliyini tanımağa çağırıb”.
“Muganinsesi.az” KONKRET.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistanın Fransadakı səfirliyinə istinadən erməni mətbuatı yayıb. Məlumatda deyilir ki, Şəhər Şurasının qərarında həmçinin, Fransa hökumətini qətiyyətlə hərəkət etməyə, bölgədəki mülki şəxslərin təhlükəsizliyinə zəmanət verməyə və hər hansı bir silahlı qarşıdurmaya yol verməməyə çağırış var. Bundan əlavə, bütün anlaşmaların pozulması və problemin mərhələli həllinə qayıdılması tələbi Şəhər Şurasının qərarında yer alıb.
Şəhər şurası eyni zamanda müharibədən təsirlənən mülki əhaliyə kömək məqsədi ilə Fransanın Erməni Fonduna 30.000 avro ayırmağa qərar verib.