• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Azərbaycanın hüquqlarını müdafiə etməliyik” - Çavuşoğlu Avropa Şurasına səsləndi

  • 04.11.2020, 21:17, Baxış sayı:
  • 658
“Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü və suverenliyini necə müdafiə ediriksə eyni ilə Azərbaycanın hüquqlarını da müdafiə etməliyik”.
“Muğanın səsi” KONKRET.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasındakı çıxışı zamanı deyib.
“Sizləri Azərbaycanın ərazi bütövlüyünü “əgər”-lər və “amma”-lar olmadan dəstəkləməyə çağırıram. Bununla bağlı heç bir ikili standartlar olmamalıdır.
Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü və suverenliyini necə müdafiə ediriksə eyni ilə Azərbaycanın hüquqlarını da müdafiə etməliyik.
Azərbaycan yalnız BMT Təhlükəsizlik Şurasının, ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq beynəlxalq səviyyədə tanınmış əraziləri üzərindəki nəzarətini bərpa etmək istəyir.
Xüsusilə, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnaməsini diqqətinizə çatdırmaq istəyirəm.
Ermənistan işğala son qoymalı və mülki şəxslərə qarşı qəsdən hücum təşkil etmək, eləcə də atəşkəs razılaşmalarını daim pozduğuna görə məsuliyyət daşımalıdır. Ortaq evimizi gələcək nəsillər üçün ideallarla qorumalıyıq”, – deyə nazir bildirib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter