Prezident: "Biz tarixi ənənələrə əsaslanan Azərbaycan-Çin əlaqələrinə xüsusi əhəmiyyət veririk"
- 01.10.2022, 12:17, Baxış sayı:
- 435
Facebook
Вконтакте
Одноклассники
Google+
"Biz tarixi ənənələrə əsaslanan Azərbaycan-Çin əlaqələrinə xüsusi əhəmiyyət veririk".
Bu fikir Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda yer alıb.
"Məmnunluqla qeyd etmək istəyirəm ki, diplomatik münasibətlərimizin qurulduğu otuz ildə ölkələrimiz arasında dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımız dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə Çinin dəstəyini yüksək qiymətləndiririk. Azərbaycan da ölkənizin suverenliyini və ərazi bütövlüyünü hər zaman birmənalı şəkildə dəstəkləmişdir", - dövlət başçısı qeyd edib.