• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Soçi Bəyanatı mühüm əhəmiyyət kəsb edir

  • 10.12.2021, 21:34, Baxış sayı:
  • 351
Soçi  Bəyanatı mühüm əhəmiyyət kəsb edir
Mehran QƏFƏROV,

Sabirabad
rayon Mərkəzi Xəstəxanasının
Satınalma Şöbəsinin Müdiri

Soçi görüşü Azərbaycan-Ermənistan münasibətlərinin qısa müddətdə tənzimlənməsi və açıq qalan sualların cavablandırılması istiqamətində irəli atılan addımdır. Üçtərəfli görüşdən öncə Rusiya və Azərbaycan prezidentləri arasında görüşün baş tutması, Putinin yalnız üçtərəfli görüşdən sonra Paşinyanı qəbul etməsi, Azərbaycan Prezidentinin mövqeyinin hər hansı bir şərt irəli sürülmədən üçtərəfli sənəddə öz əksini tapması onu deməyə əsas verir ki, proseslər ölkəmizin istədiyi istiqamətdə gedir. Bu bir daha onu sübut edir ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olmaqdadır.
İmzalanmış üçtərəfli bəyanata əsasən, tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atacaq və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhəti və yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq. Bəyanatda "Dağlıq Qarabağ" ifadəsi yer almayıb. Bu isə o deməkdir ki, Rusiya və Ermənistan artıq "Dağlıq Qarabağ" ifadəsindən tamamilə imtina etməyə razılaşıblar. Görüşdə və bəyanatda ermənilərin səsləndirdikləri status məsələsi də yer almayıb. Deməli, status da Prezident İlham Əliyevin söylədiyi kimi, cəhənnəmə vasil olub.
Bəyanatda Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin və Rusiya hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupun fəaliyyəti yüksək qiymətləndirilir, regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyi vurğulanır.
Ümumiyyətlə, Soçi görüşünü Azərbaycanın rəsmi İrəvan üzərindəki diplomatik qələbəsi kimi dəyərləndirmək olar. Bu gün artıq Azərbaycan danışıqlar masasında Qarabağı deyil, Zəngəzuru müzakirə edir. Bu önəmli faktordur. Soçi görüşünün gedişatı və imzalanmış sənədə əsasən söyləmək olar ki, yaxın zamanda Prezident İlham Əliyevin də dediyi kimi “Zəngəzur dəhlizini açacağıq”. Bir məqamı isə xüsusilə vurğulamaq gərəkir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşdə “nəqliyyat dəhlizləri” və “dəmir yolu, eləcə də nəqliyyat əlaqələrinin açılması” məsələləri ilə bağlı detalları vurğulamaqla, əslində Zəngəzur dəhlizinin həyata keçirilməsi məsələsinin danışıqlar masasının əsas gündəmi olduğundan xəbər verir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter