Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günündə Şuşada hərbçilərin qarşısında çıxışı zamanı söyləyib.
“Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Hərbçiləri və xalqımızı şanlı bayram münasibətilə təbrik edən Müzəffər Ali Baş Komandan Ordumuza yeni qələbələr, Azərbaycan xalqına yeni uğurlar arzulayaraq deyib: “Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.