ABŞ Prezidenti Azərbaycana təşəkkür etdi
- 24.05.2021, 22:07, Baxış sayı:
- 487
Facebook
Вконтакте
Одноклассники
Google+
"Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir".
“Muganinsesi.az” Publika.az-a istinadən xəbər verir ki, bu fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi məktubda yer alıb.
"Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq", - məktubda qeyd olunub.