• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bayden and içərək prezident kimi fəaliyyətə başladı

  • 21.01.2021, 08:29, Baxış sayı:
  • 311
Bayden and içərək prezident kimi fəaliyyətə başladı
ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi keçirilir.
Teleqraf.com-un məlumatına görə, ABŞ-ın 46-cı prezidenti and içərək vəzifəsinin icrasına başlayıb.
Cozef Baydenlə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içib. Mərasimdə müğənni Ledi Qaqa Amerika Birləşmiş Ştatların himnini ifa edib.
Hakimiyyəti yeni komandaya əvvəlki prezident Donald Tramp yox, vitse-prezident Mayk Pens ötürüb.
Pandemiya səbəbindən mərasim sosial məsafənin saxlanılması şəraitində təşkil edilib. Xüsusilə, yeni dövlət başçısının andiçmə mərasimi münasibətilə parad təşkil edilməyəcək. İnauqurasiyanı işıqlandırmaq üçün akkreditə olunmuş jurnalistlərin sayı azaldılıb.
Qeyd edək ki, ABŞ-ın səlahiyyətləri başa çatmış prezidenti Donald Tramp Co Baydenin inauqurasiyası mərasimində iştirak etməyib. O, həyat yoldaşı Melanya Trampla Vaşinqtondan Floridaya gedib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter