• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Dünyanın ən böyük aysberqi meydana gəldi

  • 21.05.2021, 11:48, Baxış sayı:
  • 872
Dünyanın ən böyük aysberqi meydana gəldi
Avropa Kosmos Agentliyi Antartikadakı Ueddel (Weddell) dənizindəki buz kütləsindən nəhəng bir buz dağının ayrıldığını və onun dünyanın ən böyük aysberqi olduğunu bildirib.

Lent.az TRT-yə istinadən bildirir ki, A-76 adlı nəhəng aysberq təxminən 4320 kvadrat kilometrlik səth sahəsinə malikdir, uzunluğu 175, eni 25 kilometrdir.

Ronne buz sahəsindən ayrılan A-76 birinci İngiltərə Antarktika Araşdırma Mərkəzi tərəfindən təsbit edilib. Eyni zamanda, “Copernicus Sentinel-1”in qütb orbitində dönən iki peyki vasitəsilə çəkilib.
Amerika Birləşmiş Ştatları Dövlət Aysberq Mərkəzi “Copernicus Sentinel-1”dən alınan görüntüləri əsas götürərək bu aysberqin varlığı və nəhəngliyini təsdiq edib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter