Sərhəddə nə baş verir? - Prezident açıqladı
- 17.05.2021, 11:45, Baxış sayı:
- 435
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.
“Muganinsesi.az” “Qafqazinfo”ya istinadən xəbər verir ki, İlham Əliyev son günlər Azərbaycan- Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidentini məlumatlandırıb.
Bununla əlaqədar Azərbaycan Prezidenti bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir.
Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.