• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Rusiya 5 ölkənin Təhlükəsizlik Şurasını toplayır - KRİTİK GÜN

  • 17.11.2020, 10:49, Baxış sayı:
  • 591
Rusiya 5 ölkənin Təhlükəsizlik Şurasını toplayır - KRİTİK GÜN
Noyabrın 17-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası keçiriləcək.
“Muganinsesi.az” Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının saytında məlumat verilib.
Video-konfrans vasitəsi ilə keçiriləcək iclasda KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinə qarşı problemlər və təhdidlər müzakirə ediləcək.
İclas zamanı narkotik ticarətinə qarşı mübarizə, hərbi və hərbi-texniki əməkdaşlıq, beynəlxalq terrorizmlə mübarizə səylərinin koordinasiyası, həmçinin terrorçu və əlaqəli ekstremist ideologiyanın yayılmasına qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetiriləcək.
Məlumata görə, iclasa Rusiya rəhbərlik edəcək. Rusiyanı isə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təmsil edəcək.
Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter