Koronanın yüngül forması özünü necə büruzə verir?
- 05.11.2020, 08:05, Baxış sayı:
- 482
Facebook
Вконтакте
Одноклассники
Google+
Vyana Tibb Universitetinin patofiziologiya, yoluxucu xəstəliklər və immunologiya mərkəzinin alimləri COVID-19 koronavirus infeksiyasının yüngül formasının əsas təzahürlərini təsvir edib.
“Muğanın səsi” Axar.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, koronavirus infeksiyasının təzahürləri bir neçə qrupa bölünə bilər:
“Qrip və soyuqdəymə simptomları, oynaq və əzələ ağrıları, göz və selikli qişanın iltihabı, tənəffüs problemləri, ishal və ürək bulanması, həmçinin qoxu və dad itkisi”.
Tədqiqatçıların sözlərinə görə, bu cür bölünmə ilkin xəstəliyin düzgün diaqnostikası üçün vacibdir.