190 manat neçə ay veriləcək?
- 21.12.2020, 21:20, Baxış sayı:
- 423
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Musa Quliyev karantin qaydalarının daha da sərtləşdirilməsindən danışıb. Deputat açıqlamasında "18 yaşa kimi və 65 yaşdan yuxarı şəxslərin 2 həftə çölə çıxmasına qadağa qoyulmalıdır, cümə, şənbə və bazar günləri xüsusi qaydalar tətbiq olunsun. Bütün sahələrdə iş dayandırılsın" deyib.
Eyni zamanda Azərbaycanda virusa yoluxma rəqəmlərinin aşağı endiyi halda, koronavirusun yenidən mutasiyaya uğraması, yeni virusun yayılması xəbəri bəzi sosial təminat məsələlərini yenidən gündəmə gətirir.
Bu çox müsbət dəyişiklikdir və 18 yanvara qədər sərt tədbirləri davam etdirməklə yoluxmaları minimuma endirə biləcəyimizi düşünürəm. Sərt karantin rejimi insanların hərəkətini məhdudlaşdırımış, iş yerlərdə fəaliyyət dayandırmışdır. Bu da işləyən insdanlarda və əhalinin az təminatlı təbəqəsinin maliyyə durumunda müəyyən çətinlik yaradır.
Dövlətimiz sərt karantin rejimi tətbiq olunandan sosial müdafiə tədbirləri həyata keçirmişdir və bu tədbirlər 14 dekabrdan 18 yanvara qədər olan müddətdə də davam etdiriləcəkdir. Birinci sərtləşdirilmiş karantin rejiminin tətbiqi zamanı 5 milyon nəfərin sosial durumuna müsbət təsir edəcək 2,5 milyard dollarlıq sosial dəstək proqramları tətbiq olunmuşdu. Düşünürəm ki, həmin proqramlar indiki sərt karantin rejimi dövründə də davam etdiriləcəkdir".