Karantinin sərtləşdirildiyi yerlərdə aztəminatlı şəxslərə 190 manat veriləcək
- 06.11.2020, 15:40, Baxış sayı:
- 538
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir sıra yeni məhdudiyyətlərin tətbiq olunduğu Şəki, Lənkəran şəhərlərində, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında İqtisadiyyat Nazirliyi tərəfindən muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.
“Muğanın səsi” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargah yuxarıda sadalanan şəhər və rayonların sakinlərinə ciddi şəkildə evdə qalmağı tövsiyə edir, karantin rejiminin qaydalarına əməl etməyə çağırır.