Qarabağdakı erməni əsgərləri Ermənistana qayıtmağı tələb edir - İrəvanda ETİRAZLAR BAŞLADI
- 28.11.2020, 16:22, Baxış sayı:
Facebook
Вконтакте
Одноклассники
Google+
Qarabağda xidmət edən çağırışçıların valideynləri Ermənistan hökumətinin inzibati binası qarşısında etiraz aksiyası keçirir.
“Muganinsesi.az” Publika.az-a istinadən xəbər verir ki, hərbi qulluqçuların yaxınları Qarabağdakı erməni əsgərlərinin sağlamlığı, yaşayış şəraiti və qidasından narahatdır.
Bundan əlavə, etirazçılara görə, Qarabağa gedən yeganə yolun keçdiyi Laçın dəhlizinin başına nə gələcəyi hələ bəlli deyil.
Çağırışçılar müharibədən sonra tətil və müvafiq müalicə almaq imkanı verilərək Ermənistana köçürülmələrini tələb edirlər.
Qeyd edək ki, Ermənistaın baş naziri Nikol Paşinyan əsgər valideynləri ilə son görüşündə onlardan noyabrın 30-na qədər gözləmələrini xahiş etmişdi.