Nikol Paşinyanın istefa xəbəri yayıldı - KİV
- 07.11.2020, 22:35, Baxış sayı:
- 473
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan baş naziri Nikol Paşinyan istefa verib.
“Muğanın səsi” Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə yerli KİV-də və sosial şəbəkələrdə məlumat yayılıb.
Ermənistan hökumətinin mətbuat katibi Mane Gevorkyan özünün feysbuk səhifəsində status yazaraq məlumatı təkzib edib.
Ancaq son bir neçə gündür erməni baş nazir heç bir yerdə nəzərə çarpmır, efirə çıxmır. Ermənistanın mövcud siyasi sisteminə görə ölkənin əsas siyasi fiquru olan baş naziri hazırda prezident Armen Sarkisyan əvəz edir.
Nikol Paşinyanın istefa səbəbi erməni ordusunun Qarabağda ağır məğlubiyyətə uğraması göstərilir.