Noyabr üzrə ünvanlı sosial yardımlar ödənildi
- 26.11.2020, 19:06, Baxış sayı:
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımların ödənişi həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb. Vətəndaşlar hesablarına köçürülmüş sosial yardım vəsaitlərini onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankın bankomatlarından əldə edə bilərlər.
Bundan əvvəl isə noyabrın 13-dək bu ay üzrə pensiyalar, ötən həftə isə noyabrın müavinət, təqaüd və kompensasiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün sosial təminat növləri üzrə ödənişlər başa çatıb.