• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Mühüm beynəlxalq əhəmiyyəti olan müsahibə

  • 13.12.2023, 10:30, Baxış sayı:
  • 215
Mühüm beynəlxalq əhəmiyyəti olan müsahibə

Noyabrın 23-də Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibə verib və dekabrın 9-da bu TV-nin efirində yayımlanıb. Bu müsahibədə vacib məsələlərə toxunan dövlətimizin başçısı həmçinin enerji mövzusu barədə maraqlı fikirlər səsləndirib. Enerji sahəsinin inkişafının neft hasilatından təbii qaz istehsalına keçid etdiyini qeyd edən Prezident İlham Əliyev bildirib ki, bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir.
Yaşıl enerji layihələrinə dair müqavilə və anlaşma memorandumları Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcək. Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək.
Ölkə başçısı qeyd edib ki, “Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəçilik sistemi yaratmışıq və bunun bəhrəsini görürük”.
Bildirilib ki, bağlanan müqavilələrdən və həyata keçirilən layihələrindən böyük həcmdə mənfəət əldə olunacaq. Yaxın gələcəkdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözlənilir. Bu da öz növbəsində, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir. Avrasiyanın xəritəsinə nəzər salanda aydın görünür ki, regionun bütün əsas nəqliyyat marşrutları ölkəmizin ərazisindən keçir. Azərbaycanda ən müasir nəqliyyat infrastrukturu yaradılıb. Həmçinin yüz minlərlə keçmiş məcburi köçkün Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində məşkinlaşdırılacaqlar, bu da əlavə aparıcı qüvvə olacaqdır. Beləliklə, hazırda nə iqtisadi, nə də digər sahədə ölkəmiz üçün hər hansı bir potensial risklər yoxdur.
Azərbaycanın Şərq və Qərb arasında çox strateji-coğrafi mövqedə olmasından və beynəlxalq arenada ölkənin strategiyasından danışan ölkə başçısı bildirib ki, Azərbaycan artıq dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bir çox üzv ölkənin – 120 üzv ölkənin ümumi rəyinə əsasən ölkəmiz Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynayıb. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb, parlament və gənclər platformalarını yaradıb, qadınlar üçün platformanın yaradılması üzərində işləyib. Ölkəmiz COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım edib. Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi ona siyasətini, imkanlarını, nümayiş etdirməyə şərait yaratdı və həm də onun bu təşkilata sədrliyi 120 iştirakçı dövlətlərin yekdil qərarına əsasən əlavə bir il uzadıldı. Beləliklə, bu, beynəlxalq dəstəyi ən yaxşı şəkildə nümayiş etdirir.
Müsahibədə Prezident İlham Əliyev qeyd edib ki, “Bizim qonşularımızla münasibətlərimiz yaxşı balanslaşdırılıb, dostluğa və qarşılıqlı marağa əsaslanır. Bizim Avropa təsisatları ilə münasibətlərimizin öz müsbət dinamikası var. Mən artıq enerji layihələrini qeyd etdim, Avropa bizdən dəstək istədikdə bizim Avropanı necə dəstəklədiyimizi nəzərdə tuturam. Biz bunu ona görə etdik ki, həmişə bizdən kömək istəyənlərə kömək etməyə çalışırıq. Bizim müsəlman ölkələri ilə münasibətlərimiz həmrəylik və tərəfdaşlıq nümunəsidir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri hesab olunur. Beləliklə, bu, əslində, beynəlxalq birliyin demək olar ki, bütün üzvlərini əhatə edir və bizim siyasətimiz həmişə kiməsə dəstək lazım olduqda ona dəstəyin göstərilməsinə və bütün ölkələrə dost münasibətin nümayiş etdirilməsinə hədəflənib. İndi isə – ərazi bütövlüyümüz və suverenliyimizin bərpasından sonra Azərbaycanın beynəlxalq arenada imkanları, əlbəttə ki, qat-qat böyük olacaq. Döyüş meydanında öz ərazisini, öz ləyaqətini qorumuş ölkənin beynəlxalq nüfuzu və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş Azərbaycanın nüfuzu, əlbəttə ki, indi kəskin şəkildə yüksəlib”.

Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter