Azərbaycanda bir çox şəxslər hesab edir ki, hesablarına böyük məbləğ daxil olan kimi, onlara dələduzlar zəng edir. Dələduzlara da, hesablara daxil olan vəsait haqqında məlumatı bank əməkdaşları ötürür. Bunu araşdırmaq üçün qanunlara, beynəlxalq təcrübələrə diqqət yetirək.
Qanunvericilik - bank sirri “Banklar haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında
məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.
Kimlərə məlumat verilir?Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar bu Qanunun 41-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında icra məmurlarına verilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Əmanətlərin Sığortalanması Fonduna verilir. Borcalanlar barədə məlumat kredit bürolarına “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada verilir.
Bankın xidmət etdiyi vergi ödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumat vergi orqanlarına yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir.
Xüsusi seçki hesabına daxil olan və xərclənən vəsaitlər barədə məlumat banklar tərəfindən Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada Mərkəzi Seçki Komissiyasına verilir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir.
Bank müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl olunmasını təmin etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.
Bank sirrini təşkil edən məlumatlar Azərbaycan Respublikasının Hesablama Palatasına “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilir.
Hesabların və əmanətlərin sahibləri vəfat etdikdə onların hesabları və əmanətləri barəsində arayışlar notariuslara onların icraatında olan vərəsəlik işləri üzrə, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir.
Maliyyə bazarlarına nəzarət orqanı ilə xarici dövlətlərin bank tənzimləməsi və nəzarəti orqanları arasında qarşılıqlı əməkdaşlığa dair sazişə uyğun olaraq informasiya mübadiləsinin predmeti müvafiq dövlətin ərazisində fəaliyyət göstərən və ya fəaliyyət göstərməyə hazırlaşan subyektlər haqqında informasiyadırsa, belə informasiya bank sirrinin açılması hesab edilmir, bir şərtlə ki, bu informasiya
üçüncü şəxslərə verilə bilməz və yalnız bank nəzarəti məqsədləri üçün istifadə edilir.
Kimlər məsuliyyət daşıyır?Qanunun 41.5. maddəsinə əsasən bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Misal -1 : "AB" bankın keçmiş əməkdaşı bir müddətdən sonra ya özü və bir tanışı vastəsi ilə şəxsin bank kartındakı (bank sirri təşkil edən) vəsaitin hər ay 5000 manat vəsait daxil olduğunu bilərək mənimsəyir və ya tanışı vasitəsi ilə bunu edir, nəticədə baxmayaraq ki, həmin şəxs keçmiş əməkdaş olub, o bu əməlinə görə "Banklar haqqında" qanunun 41.5 maddəsinə və məlumatların qeyri-qanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar
Bank haqqında qanunun 41.6. maddəsinə əsasən bank sirrini təşkil edən məlumatlar bank tərəfindən
qanunsuz olaraq açıqlandığı halda hüquqları pozulmuş müştəri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bankdan vurulmuş zərərin əvəzini ödəməyi
tələb edə bilər.Misal -2. "AB" bankı kart haqqında məlumatları "Banklar haqqında qanunun 41 maddəsində nəzərdə tutulmuş tələbləri pozaraq kənar bir şəxsə ötürür. Sonradan müəyyən olunur ki, bunu bank özü edib, bu halda dəymiş zərəri müştəri bankdan tələb edə bilər.
Qanunvericilikdən göründüyü kimi, hətta bank və bankın keçmiş əməkdaşı belə, bankdan işdən çıxdığı halda bank sirri haqqında maddənin tələblərini pozarsa, məsuliyyətdən yaxa qurtara bilməz.
Müştərilərin səhviLinklərə fikir verdən açmaBəzən elə olur ki, şəxsə link gəlir və o düşünmədən bu linki açaraq dələduzluğun qurbanı olur. Misal olaraq internetdə son zaman Azərbaycan Beynəlxalq bankın saytına oxşar amma misal olaraq abb3 və sair tipli saytlar yaradılaraq orada olan məlumatları doldurmaq xahiş olunur. Şəxs eyni saytın formasını görərək və adın sonundakı simvola baxmayaraq oraya daxil olur. Qeyd olunan məlumatları doldurur, nəticədə öz kartının bütün qeydini oraya nəzarət edən dələduza vermiş olur.
Sosial mühəndislərin qurbanıİnternet üzərindən müxtəlif tipli zənglər olur. Bu zəngləri edənlərə sosial mühəndislər deyillər. Onlar insanların necə davranacağını psixoloji cəhətdən təxmin etdikləri üçün, şəxsləri öz toruna salmağı bacarır. Hər hansı şəxsə zəng etməmişdən əvvəl, həmin şəxs çoxlu məlumat toplayır, hətta saxta sənədlər, şəxsin dostunun adına sosial şəbəkədə saxta profillər açır. Bütün detalları təhlil etdikdən sonra, proqram vasitəsi ilə hətta bankın nömrəsini də, zəng olan tərəfdə görünməyi üçün əlavə edir. Nəticədə şəxs zəng etdikdə ona rəsmi bank işçisi, saxta sənədlərlə "subut" və nömrə ilə sübut etdikdən sonra kart məlumatlarını əldə edə bilir. Qarşı tərəfdə olan şəxs həqiqətən də bu sosial mühəndisin bank əməkdaşı olduğunu zənn edərək öz vəsaiti ilə birdəfəlik xüdafisləşir. Hətta belə şəxslər şübhə doğrumasın deyə, əlavə fors major hallarına da hazır olurlar. Bu baxımdan dəfələrləmətbuatda qeyd olunub ki, sizdən kartın üzərində olan son 4 rəqəm istənilə bilinər. Digər məlumatlar istənilə bilməz.
Alış-veriş zamanıBəzən elə hallar olur ki, müştəri alış veriş edən zaman kart məlumatlarını onlayn olaraq digər tərəfə bilmədən ötürür. Bu sayt vastisəi ilə də olur, satıcıya etibar edərək kartını verir, restoranda ofisianta verir nəticə olaraq səyyar formada ofisiant kart məlumatlarının şəklini, və ya qeydlərini götürə bilər, eləcə də satıcı və digər xidmət sahəsi üzrə şəxslər. Bu baxımdan kartı verəndə, hər hansı bir sənədi doldurduqda, sayta daxil olduqda diqqətli olmaq lazımdır. Hətta alış etdikdə çalışmaq lazımdır ki, kartda lazım olan sayda məbləğ olsun ki, onu mənimsədikdə bu o qədər də sizə pis təsir etməsin. Amma hər diiqqət hər şeydən önəmlidir. Baxmayaraq ki, dələduzların qurbanın içində işini bilən insanlarda olur.
Lotoreya oyunlarıŞəxslər olur ki, daha çox qazanmaq üçün, müxtəlif yollara əl atırlar. Lotoreya tipli oyunlarda ola bilər. Bu halda kart məlumatlarını daxil etdikdə qazanmaq həvəsindən bir çox qeydləri unudurlar. Nəticədə də dələduzların qurbanı olurlar. Lotoreyada uduzanda da yenə də eyni hərəkəti edirlər. Dələduzların qurbanına çevrilirlər. Dələduzlar onları məbləği geri qaytarmaqda kömək edə bilərik amma kart məlumatları bura daxil et. Bu halda yenə də eyni mənzərə ilə üz-üzə qalırlar.
Cinayət məcəlləsi202.1. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə—
min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 202.2. Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan vurmaqla törədildikdə — cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 178. Dələduzluq
178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
178.2. Eyni əməllər:
178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
178.2.2. təkrar törədildikdə;
178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.3. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
178.4. Bu Məcəllənin 178.1—178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —
on ildən on
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.İqtisadçı, Rauf QARAYEV