“Gələn il üçün pensiyaların orta məbləği 338 manat proqnozlaşdırılır. Yaşa görə pensiyanın məbləği isə 370 manat olacaq”.
Bunu parlamentin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu gün alıcılıq qabiliyyəti üzrə Azərbaycanda həm minimum, həm də orta pensiya məbləği MBD-də ən yüksək göstəricidir.
"Əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 263,59 manat, 2020-ci ilin ilk yarımilliyində 297,85 manat təşkil edib".
Teleqraf.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, 2020-ci ilin sonuna bu göstəricinin 301,1 manat, 2021-ci ildə isə 338,89 manat təşkil edəcəyi proqnozlaşdırılır, yaşa görə pensiya isə 370 manat təşkil edir.
Millət vəkili deyib ki, cari illə müqayisədə növbəti ildə orta aylıq pensiya məbləğinin 31,29 manat məbləğində və ya 10,4% artması proqnozlaşdırılır.
O bildirib ki, bu da həmin dövrdə ölkə üzrə infilyasıya səviyyəsindən (3,0%) nəzərəçarpacaq dərəcədə çoxdur: "Bu isə öz növbəsində pensiyaçıların sosial müdafiəsinə müsbət təsir göstərəcək".