Baş onkoloqdan HƏYƏCAN TƏBİLİ: "Azərbaycanda xəstələrin sayı artıb"
- 21.05.2021, 11:43, Baxış sayı:
- 397
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bütün dünyada, o cümlədən Azərbaycanda onkoloji xəstələrin sayı artıb”.
APA-nın məlumatına görə, bunu Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş elmi konfransda baş onkoloq Azad Kərimli deyib.
O bildirib ki, 2016-ci ildə 43927 xəstə qeydiyyatda olmuşdusa, ötən il bu göstərici 54403 nəfərə çatıb: “Burada demoqrafik göstəricilərə də nəzər salmaq lazımdır. Demoqrafik göstəricilərlə müqayisəli götürsək, artım olan yerdə istər-istəməz onkoloji xəstəliklərdə də artım müşahidə olunur. Bu gün onkoloji xəstələrin aşkarlanmasında vəziyyət çox yaxşıdır. 2016-ci ildə 17 166 nəfər 5 və 5 ildən artıq yaşayanlar idisə, 2020-ci ildə bu göstərici 19 766 nəfər olub. Ümumi ölüm göstəricilərinə baxsaq, 75 min ölüm hadisəsi qeydə alınıb, onkoloji xəstəliklərdən ölüm cəmi 6 faiz olub".
O qeyd edib ki, fevral ayında səyyar şəkildə Tovuz və Ağstafa rayonlarında uşaqlar arasında profilaktik baxış aparılıb: "Nəticədə 4 nəfərdə onkoloji xəstəliyin olduğu aşkarlanıb. Belə tədbirlərin aparılması, əhalinin maarifləndirilməsi xəstəliyin vaxtında aşkarlanmasına gətirib çıxaracaq".