Avqustun 26-sı Mehriban xanımın ad günüdür
Azərbaycanın tarixində igid, cəsur, qeyrətli diplomat qadınlar çox olub. Amma indiyədək Azərbaycanı beynəlxalq aləmdə Mehriban xanım Əliyeva kimi təbliğ edən, tanıtdıran ikinci qadın olmayıb. Siyasəti mərhəmət, şəfqət amilləri ilə zənginləşdirən, XXI əsrin xoş məramlar elçisinə çevrilən, bütün dünyada bu məramın carçısı kimi tanınan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva bu işin öhdəsindən böyük məharətlə gəlir. Onun fəaliyyətinin kökündə mənsub olduğu xalqa sevgi dayanır. O, bütün qərarları ilə millidir: Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın fəaliyyəti dövlətimizin müstəqilliyinin daha da möhkəmlənməsinə, xalqımızın qədim tarixi mədəni irsinin dünyada təbliği vasitəsilə ölkəmizin tanınmasına və obyektiv müsbət ictimai rəyin formalaşmasına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, demokratik təsisatların gücləndirilməsinə və bütövlükdə hər bir azərbaycanlının təhlükəsiz və firavan həyatının təmin edilməsinə yönəlmişdir.
Güclü siyasi iradəyə, yüksək məntiqi və emosional zəkaya malik olan Mehriban Əliyeva Azərbaycan Respublikasının inkişafı və möhkəmlənməsi üçün yorulmaq bilmədən fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlarda Mehriban xanım Əliyevanın da əməyi var. Azərbaycanda xeyriyyəçilik ənənəsini bərpa edən və bu missiyanı öz üzərinə götürərək cəmiyyətə çağırış edən Mehriban Əliyeva xalqın dərin hörmətini, inamını, etibarını, etimad və ehtiramını qazanıbdır. Elə ona görədir ki, insanlarımız Mehriban xanım Əliyevaya müraciət edərkən ərkyana və böyük iftixarla daha çox “Bizim Mehriban!”, deyə müraciət edirlər. Xalqın Mehriban Əliyevaya inamı böyükdür! 44 günlük Vətən müharibəsi zamanı Şuşa azad edildikdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Mehriban Əliyevanın rəhbərliyi ilə ilk “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının məhz Şuşanın Cıdır düzündə keçirilməsi möhtəşəm tarixi hadisə, ədalətin təntənəsi idi. Xalqımız bunu heç vaxt unutmayacaq! Bu festival dostlarımızı sevindirdi və onların sıralarını genişləndirdi, düşmənlərimizi isə xar etdi. Azərbaycan xalqının dünyanın qədim mədəniyyətə malik xalq olduğu əyani şəkildə beynəlxalq ictimaiyyətə çatdırıldı.
Eyni zamanda Ermənistanın qəbilə təfəkkürlü tayfa kimi törətdiyi bütün vəhşilikləri dünya gördü. Mədəni abidələri dağıdan, güllələyən, insanları diri-diri yandıraraq bununla fəxr edən ermənilərin isə mağara təfəkküründən uzağa getmədikləri bütün dünyaya göstərildi.
Mehriban xanım Əliyeva Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər görüb. Azərbaycan və dünya xalqlarının sosial-mənəvi həyatına verdiyi töhfələrlə yanaşı, Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə də nümunə göstərməkdədir.
Azərbaycanda təhsilin inkişafına Heydər Əliyev Fondu tərəfindən böyük töhfələr verilmişdir. Fondun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yeni məktəbəqədər yaşlı uşaqların, valideyn himayəsindən məhrum olmuş və ya xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili məqsədilə yeni binalar tikilmiş, onlar ən müasir avadanlıqlarla təchiz edilmişdir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə yeni məktəb binaları tikilmiş və ya yenidən qurulmuşdur. Mehriban Əliyevanın təşəbbüsü ilə ilk dəfə peşə təhsilinin inkişafı məsələsinə xüsusi diqqət ayrılmış, beynəlxalq əməkdaşlıq əsasında yeni peşə təhsili müəssisələri yaradılmışdır. Ali təhsilin inkişafı da Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Prezident İlham Əliyevin tapşırığı ilə insan kapitalının formalaşdırılması və rəqabətqabiliyyətli universitetlərin yaradılması vasitəsilə iqtisadi inkişafın davamlılığının təmin edilməsi istiqamətində yeni layihələrin hazırlanması və həyata keçirilməsi ali təhsilin yeni modelinin yaradılmasına xidmət edir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən “Qarabağ həqiqətləri” layihəsi çərçivəsində müxtəlif ölkələrdə həyata keçirilən tədbirlər, müxtəlif dillərdə nəşr edilən kitab və bukletlər dünya ictimaiyyətini Ermənistanın əsrlərboyu azərbaycanlılara qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasəti haqqında aydın təsəvvürün, dolğun məlumatın əldə edilməsində xüsusi əhəmiyyətə malikdir.
Mehriban xanım bütün beynəlxalq tədbirlərdə Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasını və işğal edilmiş Azərbaycan torpaqlarında erməni vandalizminə məruz qalmış, dağıdılmış tarixi abidələrlə, həmçinin qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların təhsili ilə bağlı problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.
Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarəetmədə güc birliyi təmin olunmuşdur. Onun tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmişdir. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edilmişdir.
Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın sürətli inkişafında və beynəlxalq nüfuzunun artmasında bu tandem mühüm əhəmiyyət kəsb edir.
Birinci vitse-prezident kimi fəaliyyəti dövründə xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır. O, eyni zamanda sülhün və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması istiqamətində xeyli işlər görmüşdür və bu fəaliyyəti davam etdirir.
Bütün bunlar bir daha göstərir ki, Mehriban Əliyeva Azərbaycanın xarici siyasətindəki fəaliyyətində ölkələrarası dostluq münasibətlərinin qurulmasına xüsusi önəm verir. Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin Müzəffər Lider portretini uğurla tamamlayır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkəmizin ərazi bütövlüyünün bərpası naminə bütün imkanların səfərbər edilməsi, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin sarsılmazlığının təmin edilməsində yüksək təşkilatçılıq və təşəbbüskarlıq bacarıqlarına malikdir. İstər 2016-cı ilin 5 günlük Aprel döyüşləri zamanı, istərsə də Azərbaycanın Zəfər tarixi olan 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Mehriban xanım Əliyevanın fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Vətən müharibəsi günlərində Ali Baş Komandan İlham Əliyevdən yeni qələbə müjdələri, Mehriban Əliyevanın sosial şəbəkələrdəki paylaşımları qəhrəman əsgər və zabitlərimizin, bütövlükdə xalqımızın ruh yüksəkliyini artırmışdır.
Bu gün isə işğaldan azad edilmiş doğma torpaqlarımıza Prezident İlham Əliyevin səfərləri, həmin yerlərin bərpası ilə bağlı görüləcək işlər haqqında xoş xəbərləri də xalqımız Mehriban xanım Əliyevadan gözləyir. Mehriban xanım Əliyeva isə bu məlumatları böyük səmimiyyət və sevinclə xalqımızla bölüşərək dövlətimizin və xalqımızın bütövlüyünü daha da möhkəmləndirir. Bir sözlə, Mehriban Əliyevanın xalqının təhlükəsiz və xoşbəxt gələcəyi üçün həyata keçirdiyi bütün layihələr millətimizin uğur tarixinin bünövrəsini möhkəmləndirir.
Xalq Birinci vitse-prezident xanım Mehriban Əliyevaya inanır və onun fəaliyyətini dəstəkləyir!
İ. DƏMİRQAYA,
“Muğanın səsi”