• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ağdam Qarabağın əsas sənaye mərkəzi olacaq

  • 27.02.2022, 11:04, Baxış sayı:
  • 340
Ölkə başçısı növbəti dəfə Ağdama səfər edib. Bütün bu səfərləri Qarabağın dirçəliş prosesinin tərkib hissəsi kimi qiymətləndirə bilərik. Cənab Prezident son illərdə ölkə üzrə bütün təmir-bərpa işlərilə şəxsən yaxından tanış olur. Bu da abadlıq-quruculuq işlərinə olan nəzarətin bəhrəsidir ki, artıq ölkəmiz gündən-günə gözəlləşir, abadlaşır.
Qarabağ tamamilə müasir üslubda, qədimliyini qoruyaraq bərpa olunur. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 28 may tarixli 1347 nömrəli Fərmanı ilə Ağdam rayonunda Ağdam Sənaye Parkı yaradılmışdır. Cənab Prezident Ağdama sonuncu səfəri zamanı bu sənaye parkının təməlini qoymuşdu. Artıq bu dəfə Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin əsası qoyuldu. Müasir sənaye parkının yaradılması Qarabağda sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsilə yanaşı, istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutur. Bu ölkə iqtisadiyyatının güclənməsi, işğaldan azad olunmuş rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətli olacaq.
Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaqdır.
Düşmənin 30 ilə yaxın müddətdə talayıb dağıtdığı şəhərə indi yeni nəfəs gəlib. Çox keçməyəcək ki, biz azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq.

Ağdam Qarabağın əsas sənaye  mərkəzi olacaq
Vüqar
HÜSEYNOV,

"AZƏRSU" ASC-nin 4 nömrəli Regional Su Kanal İdarəsinin Sabirabad Sukanal Sahəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter