• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bakıda Sabirabad rayonunun Ulacalı kəndindən olan ana və iki övladını qətlə yetirən Əhəd KİMDİR?

  • 04.03.2022, 20:27, Baxış sayı:
  • 670
Bakıda Sabirabad rayonunun Ulacalı kəndindən olan ana və iki övladını qətlə yetirən Əhəd KİMDİR?
Bakıda ana və onun övladlarını qətlə yetirən Əhəd Əliyev Sabirabad şəhər sakinidir. Əvvəllər E.Nadirov adına 8 saylı şəhər tam orta məktəbində işləyib. Pis əməlinə görə ordan uzaqlaşdırılıb. Sonra 2007-2014-cü illərdə Saatlı rayonu Novruzlu kənd ümumi orta məktəbinin direktoru vəzifəsində çalışıb. Verilən məlumata görə, prokurorluq nümayəndələri başqa bir işlə bağlı onun direktorluq fəaliyyəti dövrünü əhatə edən sənədləri Saatlı Rayon Təhsil Şöbəsindən götürüblər.
Əhəd Əliyev həmin məktəbdəki fəaliyyətində nöqsanlara yol verdiyinə görə, həmin dövrdə işi məhkəmədə olub. Yazı işlərində qanunsuzluq etmişdi. Araşdırmalar aparıldı. Ödənişləri ödətdirdilər, işə xitam verildi.
Qeyd edək ki, qətl hadisəsi bu ilin fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
İkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter