Sabirabad sakinini qətlə yetirən şəxsin işi məhkəməyə göndərilib
- 13.04.2021, 11:20, Baxış sayı:
- 532
Facebook
Вконтакте
Одноклассники
Google+
2 sentyabr 2020-ci il tarixdə rayon sakini Məmmədova Təranə Həmid qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Sabirabad rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Sabirabad rayon prokurorluğundan verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilibdir.
İstintaqla zərərçəkmişin əri Məmmədov Eyvaz Xeyrulla oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Təranə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
/Muganinsesi.az/