“İstanbul Genetics Klinika”sında tibbin son nailiyyətlərindən istifadə olunur
- 27.02.2022, 12:08, Baxış sayı:
- 1266
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad şəhərinin Heydər Əliyev prospekti 132 ünvanında yerləşən “İstanbul Genetics Klinika”sından əməkdaşımıza bildirmişlər ki, burada bütün növ kliniki, biokimyəvi, hormonal və genetik analizlər tam dəqiqliyi ilə həyata keçirilir. Laboratoriya ən müasir tam avtomatlaşdırılmış avadanlıqlarla təchiz olunmuşdur.
Əsas məqsəd tibbin son nailiyyətlərindən, texnika və texnologiyalarından istifadə etməklə rayon əhalisinə müasir səviyyədə, beynəlxalq standartlara cavab verən operativ tibbi xidmət göstərməkdir. Uzaq yerlərə müalicə üçün gedən xəstələrin əziyyət çəkmədən öz yerlərində hər növ tibbi xidmətlər almalarını təmin etmək məqsədilə müəssisədə yüksək ixtisaslı və müasir səviyyədə bilik və bacarığa malik milli tibbi kadrlar çalışırlar.
“Muğanın səsi”