• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib

  • 26.02.2022, 20:53, Baxış sayı:
  • 360
Sabirabadda Xocalı soyqırımının 30-cu  ildönümü ilə bağlı anım mərasimi  keçirilib
Sabirabadda Xocalı soyqırımının 30-cu  ildönümü ilə bağlı anım mərasimi  keçirilib
Sabirabadda Xocalı soyqırımının 30-cu  ildönümü ilə bağlı anım mərasimi  keçirilib
Fevralın 25-də Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı faciəsi ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Bayraq Muzeyində təşkil olunan tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, xocalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılari ilk öncə erməni cinayətkarlarının Xocalıda törətdiyi qətliamı özündə əks etdirən fotoşəkillərdən, kitablardan, dövri mətbuat materiallarından ibarət olan “Unutma!” adlı sərgi ilə tanış olublar.
Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbiri giriş sözü ilə açdıqdan sonra faciə qurbanlarının və Vətənimizin azadlığı, müstəqilliyi, suverinliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edillib.
Siraqəddin Cabbarov geniş məruzə ilə çıxış edərək qeyd edib ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır və bu əməlin iddia müddəti yoxdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzaladığı Sərəncamda qeyd olunduğu kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.
Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən olan Xocalı soyqırımına siyasi-hüquqi qiymətin yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayan İcra başçısı qeyd edib ki, məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib.
İcra başçısı bildirib ki, hər il dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlər təşkil edilir. Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı qətliamının beynəlxalq ictimaiyyətə çatdırılması və dünya dövlətləri tərəfindən tanıdılmasını, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsini, onların ailə üzvlərinin və yaxınlarının sosial müdafiəsinin gücləndirilməsini həmişə diqqət mərkəzində saxlayır.
Natıq Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələri qeyd edib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahədəki misilsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirilib ki, məhz bu uğurlu fəaliyyət nəticəsində hazırda dünyanın bir sıra ölkələri, ABŞ-ın 20-dən çox ştatı, həmçinin beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Bu səylərin nəticəsində artıq dünya ictimaiyyəti Xocalı faciəsi ilə bağlı daha çox məlumatlıdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu soyqırımı haqqında həqiqətlərin dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən tanıdılmasında mühüm rol oynayıb. Bu kampaniya çərçivəsində hər il yüzdən çox ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilir.
Başçı vurğulayıb ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində böyük Qələbəsi dövlətçiliyimizin tarixində daim xüsusi yer tutacaq. İşğal altındakı torpaqlarımızın azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün təmin olunması həm də vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquqlarını bərpa, dövlətin əsasını bərqərar etdi.
Otuz il davam etmiş işğala son qoyulmaqla, beynəlxalq hüquq normalarının aliliyi təmin edildi. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri Ermənistan tərəfi icra etməkdən boyun qaçırsa da, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində öz şücaəti ilə bu qətnamələrin icrasını təmin edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, Xocalı faciəsi şəhidlərinin qanı yerdə qalmadı. Xocalı soyqırımı şəhidlərinin intiqamını 44 günlük Vətən müharibəsinin qəhrəmanları aldılar.
S.Cabbarov çıxışının sonunda qeyd edib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq.
Tədbirin bədii hissəsində Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrının hazırladığı “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiyası nümayiş olunub.

“Muğanın səısi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter