• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Gəncədə Memorial Kompleksinin ucaldılması çox mühüm hadisədir

  • 10.02.2022, 10:04, Baxış sayı:
  • 534
Gəncədə Memorial Kompleksinin ucaldılması çox mühüm hadisədir
Elsevər
KƏRİMOV,

N.Gəncəvi adına 5 nömrəli
şəhər tam orta
məktəbinin
direktoru

On səkkiz il ərzində Prezident İlham Əliyevin 18 dəfə Gəncə şəhərində rəsmi səfərdə olması ölkə başçısının bu şəhərə xüsusi diqqətinin sübutudur. Çünki Gəncə Azərbaycanın ikinci şəhəridir və ölkə Başçısının buraya diqqəti həmişə yüksək səviyyədə olub. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. Gəncə şəhərində bir çox layihələr icra edilib və bu layihələrin icrası davam edir. Xüsusilə qeyd etməliyik ki, Gəncəyə gedən yollar tam müasirləşdirilib, Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib, Gəncənin səhiyyə və təhsil infrastrukturu yenilənib. Hazırda Gəncə-Qazax-Gürcüstan sərhədi yolu iki zolaqdan dörd zolağa genişləndirilir. Eyni zamanda, Gəncədən digər şəhərlərə – Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılıb. Bütün bunlar Gəncə şəhərinin strateji əhəmiyyətinə və dinamik inkişafına dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğının nəticəsidir.
44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhəri dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb və onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub. Bu vəhşilik nəticəsində 6-ı uşaq olmaqla 26 mülki vətəndaş həlak olub, xeyli yaşayış evi dağıdılıb, vətəndaşlarımızın əmlakına böyük zərər dəyib. Bu hərəkətlər hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Hadisənin unudulmaması, beynəlxalq ictimaiyyətə və gələcək nəsillərə çatdırılması üçün faciə qurbanlarının xatirəsinə Memorial Kompleksinin ucaldılması çox mühüm hadisədir. Dağıdılmış binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Hər bir azərbaycanlı erməni vəhşiliyini unutmamalıdır. Cənab Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, “… Sülh olmalıdır, ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.
Bu gün erməni lobbisi və diasporası bütün dünyada öz təbliğatını apararaq təxribat xarakterli təbliğatlardan əl çəkməyiblər və onu daha da gücləndiriblər. Azərbaycan Prezidentinin məhz belə vaxtda Gəncəyə səfər etməsi və Memorial kompleksinin təməlini qoyması ermənilərə bir ciddi sillədir. Bütün dünya ictimaiyyətinə də bir müraciətdir ki, Azərbaycan heç vaxt müharibə qaydalarını və beynəlxalq hüquqları pozmayıb. Bütün bunlara rəğmən ermənilər hələ də təcavüzkar siyasətlərini davam etdirir. Azərbaycan isə mövqeyini ortaya qoyur və bu iddialara cavab verir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter