• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Erməni faşizminin bütün təzahürləri yer üzündən silinməlidir

  • 10.02.2022, 10:02, Baxış sayı:
  • 363
Erməni faşizminin bütün təzahürləri yer üzündən silinməlidir
Aynur
RƏHİMOVA,

Ü.Hacıbəyli adına Uşaq Musiqi
məktəbinin
direktoru.

Yanvarın 30-da ölkə başçısı İlham Əliyev 18 illik prezidentliyi dövründə 18-ci dəfə Gəncə şəhərinə səfər edib. Prezident İlham Əliyev qeyd edib ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə diqqət həmişə yüksək səviyyədə olub.
Ölkə başçısı Gəncə şəhərinə səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verilməsində iştirak edib, Gəncə Memorial Kompleksinin təməlini qoyub və Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub. Cənab Prezident həmin gün həmçinin şəhərin mədəni həyatında mühüm hadisə olan Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak edib. Bildirilib ki, Dram Teatrı çox möhtəşəm binadır və onun açılışı Gəncənin mədəni həyatını çox zənginləşdirir. Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər isə Prezident İlham Əliyevin yürütdüyü düzgün müəyyən edilmiş siyasətin nəticəsidir.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan hərbi cinayət törədərək döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərini bir neçə dəfə qadağan olunmuş silahlardan atəşə tutub. Bu cinayətin nəticəsində Gəncədə 6-ı uşaq olmaqla 26 mülki vətəndaş erməni faşizminin qurbanı oldu.
Qanlı cinayətin törədildiyi vaxtdan həmin məkan insanların ziyarət yeri olub, həmçinin xarici qonaqların səfərləri təşkil olunub. Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı isə həmin ərazidə inşa olunacaq sahəsi 4 hektar olacaq Memorial Kompleksin təməlini qoyub. Kompleksin layihəsinə əsasən erməni hücumu nəticəsində dağıdılmış binalar olduğu kimi qalacaqdır. Bu qanlı terror hadisəsi bizim qan yaddaşımızdır, bu yaddaş silinməməlidir və tariximizdə olduğu kimi yaşamalıdır. Azərbaycan xalqı regionda sülhün bərqərar olmasını istəyir. Lakin ermənilərin törətdiyi cinayətlər, vəhşiliklər heç vaxt unudulmamalıdır. Bu baxımdan, Gəncədə yaradılacaq Memorial Kompleks böyük əhəmiyyətə malikdir. Bu kompleks hər zaman vətəndaşlarımızın və əcnəbi qonaqların ziyarət etdiyi məkan olacaq. Bununla da, gələcək nəsillər də erməni faşizminin qanlı əməllərinin şahidi olacaqlar.
Azərbaycan Vətən müharibəsində erməni faşizmini məğlub etdi. Gəncəyə səfəri çərçivəsində Prezident İlham Əliyevin AZƏRTAC-a verdiyi müsahibə zamanı qeyd etdiyi kimi, biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Bu gün Ermənistanda faşistlər qəhrəmanlaşdırılır. İkinci Dünya müharibəsində faşistlərə xidmət edən Njdeyə Ermənistanın paytaxtında abidə ucaldılıb. Təbii ki, bu fakt faşizmin təbliğatıdır. Bu gün isə Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan revanşist iddialarla çıxış edirlər. Beynəlxalq ictimaiyyət faşizmin bütün təzahürlərinə qarşı mübarizə aparmalıdır. O cümlədən, erməni faşizminin bütün təzahürləri məhv edilməlidir. Əks halda, bəşəriyyət gələcəkdə də bu bəladan əziyyət çəkəcək. Əgər erməni faşizmi baş qaldırarsa, Azərbaycana təhlükə yaradarsa yenə də başları üzərində “dəmir yumruğu” görəcəklər. Bütövlükdə isə, faşizmin bütün əlamətlərinə qarşı dünya ictimaiyyəti mübarizə aparmalıdır. Çünki faşizm bəşəriyyətə qarşı bir cinayətdir. Ona görə də, bütün ölkələr bu mübarizədə fəal olmalıdır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter