• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Faşist ideologiyası işğalçı dövlət olan Ermənistanın siyasətinin əsəsıdır

  • 02.02.2022, 17:37, Baxış sayı:
  • 380
Faşist ideologiyası işğalçı dövlət olan Ermənistanın siyasətinin əsəsıdır
Hamıya məlumdur ki, faşist ideologiyası işğalçı dövlət olan Ermənistanın siyasətinin əsəsını təşkil edir. İşğalçı dövlətin özunun, eləcə də erməni diasporunun maliyyə yardımı və təşkilatçılığı ilə dünyanın muxtəlif yerlərində fəaliyyət göstərən erməni terror təşkilatları ötən əsrin 80-ci illərindən başlayaraq Azərbaycan xalqına qarşı aktiv qırğın siyasətinə keçiblər. Ermənilər tərəfindən törədilən minlərlə qətllər, soyqırımlar, terror aktları, kütləvi insan tələfatları deməyə əsas verir ki, onlar dünyanın ən qəddar xalqıdır. Ermənilər nəinki sığındıqları azərbaycanlılara, eləcə də türklərə, fransızlara, ruslara, ingilislərə və başqa xalqlara da qarşı terror, qətl hadisələri törətmiş, xəyanət etmişlər.
Birinci Dünya müharibəsində ermənilərin milli qəhrəman səviyyəsinə qaldırdıqları, adını və heykəlini ucaltdıqları Andranik minlərlə azərbaycanlının və türkün qanını axıtmış, yəhudilərin, kürdlərin, rusların ölümünə səbəb olmuş, başqa dövlətlərə satılaraq dinc insanların məhv edilməsində fəal iştirak etmişdir. Ermənilər tərəfindən heykəli ucaldılan, adına küçələr salınan Qaragin Njde isə öz babalarının yolunu gedərək İkinci Dünya müharibəsində almanlara satılmış, sovet ordusuna qarşı vuruşmuş, çoxsaylı insan qətlinə imkan yaratmışdır. Tarixdə saysız- hesabsız cinayətlər törədən, etnik mənsubiyyətlərdən asılı olmayaraq minlərlə insan qatillərinin Ermənistan hərbi-siyasi rəhbərləri tərəfindən dəstəklənməsi faşizm ideologiyasının dövlət səviyyəsində müdafiə edilməsidir. Bu gün Ermənistan dünyada faşist ideologiyasını təbliğ edən və bu ideologiyanın nümayəndələrini milli qəhrəman səviyyəsinə ucaldan birinci dövlətdir. Ermənistanda faşizmin təbliği yalnız tarixi saxtalaşdırmaq baxımından deyil, eyni zamanda gələcək üçün də təhlükədir. Bununla bağlı tanınmış siyasətçilər, ekspertlər həyəcan təbili çalırlar. Onların sözlərinə görə, nasistlərlə əməkdaşlıq edən şəxsin qəhrəmanlaşdırması cinayətdir.
Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə, xüsusilə 2019-cu ildə Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasını xatırladaraq qeyd edib ki, MDB məkanında, o cümlədən Ermənistanın əvvəlki hakimiyyəti Yerevanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. Prezident İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq bir daha həm Rusiya ictimaiyyətinə, həm də dünyaya bəyan etdi ki, 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada təxminən 6 metr hündürlüyündə abidə qoyulub və Ermənistanın yeni hakimiyyəti bu heykəli sökməyib. Bu baxımdan, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yol verilməməlidir.
Hal-hazırda işğalçı ölkədə bu siyasət davam edir və faşizmə xidmət edən Njde, Dro kimiləri bu ölkədə qəhrəmanlaşdırılır.Ermənistan siyasi rəhbərləri isə bu siyasəti davam etdirərək faşistlərin qəhrəmanlaşdırılmasına bəraət qazandırırılar. Danılmaz faktdır ki, Ermənistan hakimiyyətində təmsil olunan yüksək vəzifəli bir sıra şəxslər faşistlərin nəsillərinin davamçılarıdır, onlar ailə bağları ilə faşizm ideyalarına sadiqdir, eləcə də bu xislətləri ilə fəxr edirlər. Buna biz nümünə kimi Ermənistan Baş Naziri Nikol Paşinyanın göstərə bilərik. Babası Vartanoviç Paşinyan nasist ordusunun sıralarında, Qaregin Njdenin rəhbərlik etdiyi legionda SSRİ-yə qarşı döyüşüb.
Qeyd etmək lazımdır ki, Ermənistanın faşist ideologiyası və terroru dövlət siyasətinə çevirməsi danılmaz faktlarla sübut edilir və uzun illərdir ki, bu, bütün hakimiyyətlər dövründə davam etdirilir. Bununla yanaşı, Ermənistanın cinayətkar əməlləri, eləcə də terrorçuluq fəaliyyəti indi başlamayıb. Beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixi 100 ildən çoxdur. Erməni millətçiləri XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hınçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaradıblar. Bundan sonra ermənilərin “böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoyub. Erməni terror təşkilatları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutublar.

Seyidhüseyn Hüseynov,
Sabirabad rayon Təhsil şöbəsinin metodisti
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter