• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Xalqımızı qələbələrə götürməyi bacaran Xilaskar LİDER - İlham ƏLİYEV

  • 23.12.2021, 16:41, Baxış sayı:
  • 417
Xalqımızı qələbələrə götürməyi bacaran Xilaskar LİDER -  İlham ƏLİYEV
Azərbaycana inanılmaz Zəfər yaşadan böyük Vətən övladının – Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sabah 60 illik yubileyidir .

Bir xalqın, dövlətin onu qələbələrə, uğurlu inkişafa götürüb, istək və arzularını, qarşılarında duran problemini həll edən bir lideri varsa, o xalq, millət xoşbəxtdir. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan xalqı da dünyanın xoşbəxt xalqlarından biridir ki, onun istək və arzularını reallaşdırıb, qələbəyə götürən İlham Əliyev kimi bir Lideri var. Bu gün İlham Əliyev istər klassik, istər sə də müasir dövrün liderlik keyfiyyətlərini özündə birləşdirən şəxsdir.
İstər Azərbaycan cəmiyyəti, istərsə də dünya cənab İlham Əliyevin bu liderlik qabiliyyətlərini 44 günlük Vətən müharibəsi dövründə görüb, bir daha şahidi oldu.
44 günlük Vətən müharibəsi zamanı sanki xalqımız və bütün dünya siyasətçi, dövlət xadimi və şəxsiyyət kimi onu yenidən kəşf etdi. Çünki ölkəyə başçılıq etdiyi 18 il ərzində mənfur düşmənlə apardığı danışıqların bütün yükünü təkbaşına çiyinlərində daşımasından yalnız dar çevrənin xəbəri vardı.
44 gün ərzində dəmir məntiqə və dəmir yumruğa malik olduğunu nümayiş etdirən milli Liderimiz öz xalqının ədalətli və haqlı mövqeyini çatdırmaq üçün danışıqlar, müsahibələr və müraciətlər vasitəsilə dünyanın qapanmış gözlərini açmağa çalışdı. Bu mərhələdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bütün dünyanın gündəminə çevrildi. Azərbaycan həqiqətlərini, Qarabağ dərdimizi hər kəsin gözünün içinə dimdik baxaraq anladırdı, xəbis niyyətli qüvvələrə “Yetər!” deməyin vaxtının gəldiyini, azğın işğalçıya dözməyin artıq qeyri-mümkün olduğunu hər kəsin nəzərinə çatdırırdı.
Çalınan hər növbəti qələbəyə görə qəhrəman Azərbaycan Ordusuna minnətdarlıq, şəhidlərimizə görə üzüntü ifadə etməsi, yumruğunu düyünləyərək çıxışını “Qarabağ Azərbaycandır!” kəlməsilə yekunlaşdırması cəbhədəki qəhrəman hərbçilərimizi daha da ruhlandırırdı. Məhz qətiyyətli sərkərdənin orduya rəhbərlik etməsi alınmaz qala sayılan Şuşanın erməni işğalçılarından azad edilməsi üçün həyata keçirilən hərbi əməliyyatın tariximizə baş hərflərlə yazılmasına səbəb oldu.
...Şuşanın azad olunması və Ermənistanın kapitulyasiyaya uğrayaraq sülhə razılaşması kimi xoş xəbərləri paylaşmaq üçün küçələrə və meydanlara axışan vətəndaşlarımızın İlham Əliyevin portretlərini avtomobillərin önünə çıxarmaları, bağırlarına basmaları, əllərində tutmaları hansısa göstərişlə baş vermirdi. Bu, Qarabağı azad etməklə qürurumuzu və heysiyyatımızı özünə qaytaran, millətimizin alnını açıq, üzünü ağ edən fateh sərkərdəyə xalq sevgisinin ifadəsi idi.
Hazırda ölkəmizi və xalqımızı ermənilərin qorxunc xarabalığa çevirdikləri Qarabağımızda sülhün tam bərqərar olması, infrastrukturun yenidən qurulması, məcburi köçkün statusundan qurtulan soydaşlarımızın öz doğma torpaqlarına geri qayıtmaları kimi mürəkkəb və uzunmüddətli proses gözləyir. Amma xalqımız əmindir ki, dövlətimizin gücü ilə bu problemləri də arxada qoyacağıq.
Çünki müstəqil Azərbaycan dövlətinə canı və qanı ilə bağlı olan, Heydər Əliyevin liderlik məktəbini keçən, onun siyasi kursunu və neft strategiyasını uğurla davam etdirən, geosiyasi aspektləri dərindən bilən, ölkəmizi Cənubi Qafqaz regionunun öncülünə çevirən Prezidentimiz var.
Yeri gəlmişkən, Qələbəyə qədər İlham Əliyev hər il özəl gününü məcburi köçkünlərlə bağlı tədbirlərdə iştirak etməklə keçirirdi. Artıq o günlər geridə qaldı.
Ötən il doğum günü ərəfəsində Prezident azadlığına qovuşmuş Qubadlıya səfər edərək, əsgərlərimizlə görüşdü. İnanırıq ki, bundan sonra da elə olacaq. İnanırıq ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan Ad Gününü azad olunmuş və yenidən qurulmuş, abadlaşdırılmış Qarabağımızın hər bir güşəsində – gözəl Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Füzulidə və Qarabağın digər cənnət guşələrində qarabağlılarla birlikdə keçirəcək.
P.S. “Muğanın səsi” qəzetinin kollektivi 60 illik yubileyi münasibətilə Prezidentimizi ürəkdən təbrik edir! Qələbə sevincini bizə yaşatdığına görə bir daha ona minnətdarlığımızı bildirir, Vətənimizin gələcəyi ilə bağlı planlaşdırdığı və həyata keçirəcəyi işlərdə böyük uğurlar arzulayırıq!
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter