• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezidentimizin dolğun, məntiqli çıxışını alqışlayırıq

  • 27.10.2021, 15:12, Baxış sayı:
  • 304
Prezidentimizin dolğun, məntiqli çıxışını alqışlayırıq
Mircamal HƏŞİMOV, H.Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəbinin direktoru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında bir daha bütün dünyanı Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşmağa çağırdı. Münaqişəni artıq bitdiyini hər kəsi sülh haqqında düşünməli olduğunu vurğuladı.
Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, özlərini demokratik adlandıran dövlətlər də bilməlidirlər ki, 1915-ci ildə tarixdə baş verməyən hadisəni Osmanlı imperiyasının törətdiyini iddia etməkdənsə, XXI əsrdə cərəyan edən insanlığa sığmayan vəhşiliyi - Ermənistanın bu addımını pisləməli, bunun etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu etiraf etməlidirlər. Heç kəsə sirr deyil ki, Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan ölkəmizin dinc əhalisinə qarşı amansız cinayətlər törədib.
Söüzgedən iclasdakı çıxışında Ali Baş Komandan İlham Əliyev “erməni hərbi əsirlər” məsələsinə də toxunaraq xüsusi olaraq vurğulayıb ki, Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib. Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz.
Ölkə Prezidenti bildirib ki, hazırda Azərbaycanın qarşısında duran əsas məsələlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir.
Hesablamalara görə, Ermənistan tərəfindən basdırılan minaların ümumi dəyəri 340 milyon dollar ola bilər. İşğal dövründə isə Ermənistanın həmin ərazilərin minalanmasına 2020-ci ilin hərbi büdcəsinin 50 faizini və ya dövlət büdcəsinin 10 faizini xərclədiyi iddia olunur. Mina təmizlənməsi olduqca bahalı olduğundan, ölkələrdən bu iş üçün daha çox vəsait tələb olunur.
Əgər Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verərsə, onu əldə edib qısa müddətdə əraziləri minalardan təmizləmək imkanımız var. Bunun üçün haqq-ədalət axtaran, özünü demokratiyanın beşiyi hesab edən dövlətlər Azərbaycanın yanında olmalıdırlar.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) aldığımız məlumata görə, hal-hazırda bütün əməliyyatlar Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərinin inkişaf planlarına əsasən həyata keçirilir. Hazırda əsas üstünlük verilən ərazilər infrastrukturun bərpasına xidmət edən ərazilərdir. Bu ərazilər irimiqyaslı bərpa işlərinin təməlini təşkil edir.
Prezident İlham Əliyev MDB-nin dövlət rəhbərlərinin və bütün dünyanın diqqətinə onu da çatdırdı ki, Azərbaycan işğala son qoymaqla həm də ümumbəşəri bəla olan çox böyük narkotrafikin şah damarını kəsmiş oldu. Azərbaycan Ermənistanla sərhədin 132 kilometrlik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana və daha sonra Avropaya gedən narkotrafik marşrutunun qarşısını alıb, cinayət yolu ilə əldə olunan vəsaitlərin terrorçu qrupların maliyyələşdirilməsinə sərf edilməsinə imkan verməyib. Bölgə xalqlarının, həmçinin narkotrafik marşrutu boyu yaşayan insanların, xüsusilə də gənc nəslin bundan sonra da “ağ ölüm” təhlükəsi ilə qarşı-qarşıya qalmalarına imkan verməyib. Prezident çıxışında qeyd etdi ki, bu il ərzində İranla sərhədin digər hissələrində tutulan heroinin həcmi əvvəlki illərlə müqayisədə iki dəfə artıb. Bu artımın da səbəbi Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və sərhədlərinə nəzarəti bərpa etməsidir. 30 il ərzində Ermənistan İranla əlbir olaraq işğal altında olan ərazilərdən Avropaya narkotrafik məqsədilə istifadə edib.
Uzun illərdən bəri narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və digər cinayət yolu ilə əldə edilən vəsaitlərdən əli üzülənlər yaranmış vəziyyətdən nəticə çıxarmaq əvəzinə, öz cinayətkar əməllərini böhtan xarakterli gurultulu bəyanatlar verməklə ört-basdır etməyə çalışırlar.
MDB Dövlət Başçılarının bu iclasında Prezident İlham Əliyevin dolğun, məntiqli və əsaslı arqumentlərlə zəngin çıxışı, bu çıxış qarşısında erməni baş nazirin məntiqsiz və uğursuz cəhdləri postmünaqişə dövründə Azərbaycanın növbəti siyasi və diplomatik uğurudur.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter