• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda “Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda növbəti təlimlər keçirilib

  • 14.09.2021, 09:21, Baxış sayı:
  • 435
Sabirabadda “Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda növbəti təlimlər keçirilib
Koreyalılar Azərbaycanın sahibkar qadınlarının marifləndirilməsini dəstəkləyib.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisi tərəfindən həyata keçirilən “CIAT Paylaşımdır” Proqramı çərçivəsində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının iştirakı və 5 saylı Ərazi Vergilər Baş İdarəsinin dəstəyi ilə Sabirabad şəhərində “Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda növbəti təlimlər keçirilib.
Bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.
Təlimlərə regionda fəaliyyət göstərən qadın sahibkarlar qatılıb. Tədris Mərkəzinin əməkdaşları tərəfindən qadın sahibkarlar üçün “Vergi məsuliyyəti və maliyyə sanksiyaları”, “Sadələşdirilmiş vergi” və digər mövzularda təqdimatlar keçirilib. Təlimlər zamanı müxtəlif vergi növləri, habelə vergi hesabatlarının hazırlanması ilə bağlı nəzəri və praktiki izahlar, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri barədə məlumatlar qadın sahibkarların diqqətinə çatdırılıb.
Təlimlərdə səsləndirilən suallar ətrafında müzakirələr aparılıb.
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter