Avqustun 10-dan Məhərrəm ayı başlayır. Hər il Məhərrəm ayında, xüsusilə Aşura günlərində Kərbəla şəhidlərini yad etmək məqsədilə məscidlərdə insanlar zəncir vurur, qan tökürlər. Təəssüf ki, bəzən hətta azyaşlı uşaqlar belə öz canlarına qıymaqdan çəkinmirlər.
Son illər ölkəmizdə bu istiqamətdə aparılan maarifəndirci işlər öz bəhrəsini verməyə başlayıb. Artıq dindarlar daha çox xeyriyyə və qanvermə aksiyasında iştirak edir. Lakin bəzi yerlərdə bu adətlər hələ də qalmaqdadır.
Bəs görəsən bu il necə olacaq? Pandemiya dövründə karantin qaydalarının tələbi yerinə yetiriləcəkmi?
Redaktor.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayının başlaması ilə əlaqədar vətəndaşlara müraciət edib. Müraciətdə bildirilib ki, bu ilahi hökmü və müasir şəriət alimlərinin COVID-19 ilə bağlı müvafiq fətvalarını nəzərə alaraq, dindarlarımıza tövsiyə edilir ki, məhərrəmlik ayının ayinləri karantin qaydalarına uyğun keçirilsin:
Qarabağ Seyid Ocaqları Birliyinin rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, Məhərrəm ayında da karantin tələblərini yerinə yetirməyə borcluyuq:
“Azərbaycan dünyəvi ölkə olsa da, İslam dininə inanların sayı çoxlu təşkil edir. Azərbaycan xalqının islam dininə xüsusi bağılığı var. Dövlətimizin də milli-mənəvi və dini dəyərlərə təəssübkeşliyi göz önündədir. Pandemiya ilə bağlı olaraq bu il də Məhərrəm ayında karantin tələblərini yerinə yetirməyə borcluyuq. Çünki can Allahın bizə əmanətidir. Bu əmanəti qorumaq isə hər bir bəndənin, xüsuilə inanclı insanların vəzifəsidir”.
Şərqşünas qeyd edib ki, bu ayda yardımlaşmaq lazımdır:
“Ötən il Qarabağ uğrunda yüzlərlə Azərbaycan gənci şəhidlik zirvəsinə ucaldı. Məhərrəm ayında yaxşı olardı ki, İmam Hüseyn məktəbinin layiqli yolçuları olan, öz vətəni uğrunda canından keçən həmin şəhid məzarlarını ziyarət etsinlər. Şəhid doğmalarının qapıları açılmalı, yarıdmlaşılmalıdır. Bu, İslamın fəlsəfəsi və təməl prisnipləri ilə üst-üstə düşür. Onların problemləri ilə maraqlanmaq, qanvermə aksiyasında iştirak etmək Kərbəla şəhidlərinə sevgi və sayğının təzahürü ola bilər”.