Azərbaycanda koronavirusdan REKORD SAYDA ölüm qeydə alındı
- 21.11.2020, 16:22, Baxış sayı:
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2735 yeni yoluxma faktı qeydə alınıb, 1374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 89 898 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 62 243 nəfər müalicə olunaraq sağalıb, 1 107 nəfər vəfat edib, aktiv xəstələrin sayı 26 548 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 220, ötən müddət ərzində isə ümumilikdə 1 592 280 test aparılıb.