• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda qəzada ölən qadınlar toydan evə qayıdırmış

  • 12.10.2022, 10:07, Baxış sayı:
  • 567
Sabirabadda qəzada ölən qadınlar toydan evə qayıdırmış

Oktyabrın 9-na keçən gecə Sabirabadda baş vermiş ağır yol qəzasında ölənlərin və yaralananların şəxsiyyəti müəyyənləşib.
Rayonun Qaratəpə kəndi ərazisində Əhmədabad kənd sakini, Səmidov Famil Vəli oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobilin aşması nəticəsində ölənlər onun həmkəndliləri: 1960-cı il təvəllüdlü Mahmudova Nailə Ağaqasım qızı və 1980-ci il təvəllüdlü Hacıyeva Elnarə Həmidxan qızı olub. Avtomobilin sürücüsü və digər sərnişinlər: 2008-cı il təvəllüdlü Hacıyev Səlamət Şükür oğlu, 2010-cu il təvəllüdlü Səmidli Gülay Famil qızı və 1980-ci il təvəllüdlü Həsənova Günay Həsənağa qızı isə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, F.Səmidov hadisə vaxtı ailə üzvləri ilə birgə Sabirabaddakı“Səma” şadlıq evində keçirilən toydan çıxaraq yaşadıqları kəndə qayıdırmış. Onlar həmin gün qonşularının toy mərasimində iştirak edib.
Hadisə zamanı onun idarə etdiyi avtomobil qaz borusuna çırpılaraq yolun kənarındakı su arxına aşıb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter