• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb - YENİLƏNİB

  • 25.07.2022, 09:38, Baxış sayı:
  • 275
Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb -  YENİLƏNİB


Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan sürücülərin adı məlum olub.
Səhər saatlarında baş verən qəzada “Toyota” markalı avtomobilin sürücüsü - Füzuli rayon sakini, 1983-cü il təvəllüdlü Eldəniz Kərimov hadisə yerində dünyasını dəyişib.
Mercedes” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü İbişov Rabil Nadir oğlu isə xəsarət alıb.
Avtoqəzanın baş verməsinə sürcülərdən birinin sükan arxasında yuxulaması səbəb olub.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
***
Saat 07:53
Sabirabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaragüney kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
“Toyota” markalı avtomobillə “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində birincinin sürücüsü hadisə yerində ölüb.
Digər sürücü Şirvan şəhərində yerləşən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter