• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanda dəhşətli ailə dramı - 3 NƏFƏR ÖLDÜRÜLDÜ/TƏFƏRRÜAT

  • 02.06.2021, 16:03, Baxış sayı:
  • 495
Azərbaycanda dəhşətli ailə dramı - 3 NƏFƏR ÖLDÜRÜLDÜ/TƏFƏRRÜAT
Ötən ilin 11 aprel tarixində Şabran rayonu Zeyvə kəndində 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlunun həmkəndliləri: 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu güllələyərək qətlə yetirməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Nahid İslamov barəsində Cinayət Məcəlləsinin 120.2.10 (təkrar adam öldürmə), 221.3 (xuliqanlıq – silah tətbiq etməklə törədildikdə), 228.1 (qanunsuz odlu silah saxlama) və 229.1-ci (qanunsuz olaraq silah hazırlama) maddələri ilə açılmış işin ibtidai və məhkəmə istintaqı zamanı bəzi məqamlar üzə çıxıb.
Məlum olub ki, Nahid İslamov 2008-ci ildə həyat yoldaşı Dinarəni qətlə yetirib və bu əmələ görə 2019-cu ilədək həbsdə olub. O, 2019-cu ilin yanvarında Nərimanov rayon Məhkəməsinin qərarı cəzaçəkmə müəssisəsindən buraxılıb.
2008-ci ildə törətdiyi qətlə gəlincə həmin döcrdə rusiyada işləyən Nahid qardaşı Mitxunun verdiyi informasiyaya görə geri qayıdıb. Belə ki, Mitxun kiçik qardaşına onun həyat yoldaşı Dinarənin həmkəndlisi Məhəbbət Məmmədovla sevgili olmasını və gizli görüşdüyünü deyib. Bunu eşidən Nahid geri dönüb və kəndə gəldiyi gün həyat yoldaşını öldürüb. Həmin vaxt bir neçə aylıq olan qızına isə qohumları Dinarənin adını verib.
2019-cu ilin yanvarında azadlığa çıxan Nahid kəndə qayıdaraq babasının evində yaşamağa başlayıb. O, həmin vaxt həyat yoldaşının ona xəyanət etdiyini düşündüyü Məhəbbətlə görüşüb. Görüş zamanı Məhəbbət Nahiddən baş verənlərə görə üzr istəyib və bağışlamasını xahiş edib. Nahid də həmkəndlisini bağışlayıb.
Bundan sonrakı dövrdə babasının evində yaşamağa davam edən Nahid İslamov babasından qalan ov tüfənginin lüləsini kəsərək yeni silah hazırlayıb. 2020-ci ilin aprel ayının 11-də isə o, silahı götürərək meşəyə yollanıb. Meşəyə özü ilə apardığı yarım litrlik arağı içən Nahid axşam saatlarında geri qayıdıb. Kəndin kənarına çatanda o, Məhəbbətin bir qrup gənclə voleybol oynadığını görüb. Voleybol meydançasına daxil olan Nahid burada münaişə yardıb. Məhəbbət ona meydançanı tərk etməsini deyib. Daha əvvəldən ailəsinin məhv olmasını, xanımının ona Məhəbbətlə xəyanət etdiyini düşünən Nahid sərxoş halda əlindəki silahla atəş açmağa başlayıb. O, bir neçə dəfə atəş açaraq Məhəbbəti meydançanın ortasında qətlə yetirib. Səs-küyə Məhəbbətin anası İstək Mahmudov qaçaraq gəlib və oğlunu güllələyən Nahidə qarğışlar etməyə, ağır sözlər deməyə başlayıb. Bunu görən Nahid qadını da meydançada güllələyərək qətlə yetirib.
O, daha sonra qızını görmək üçün qayınanası Mayanın evinə qaçıb. Bir daha qızını görə bilməyəcəyini düşünən Nahid onunla görüşdüksən sonra kəndin yaxınlığındakı tikinti materialları mağazasına gələrək oradakı şəxsin telefonu ilə 102-yə zəng edib. əraziyə gələn polislər N.İslamovu aparıblar.
Bakı Ağır Cinayətlə Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib. O, cəzasının hamısını həbsxanada çəkməlidir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter