Dövlət başçısının Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.
2022-ci il yanvarın 1-ə qədər minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi və bununla bağlı müvafiq əmək müqaviləsi bildirişinin "Əmək müqaviləsi bildirişi" altsisteminə daxil edilməsi təmin edilməlidir. İş yerlərində əmək haqqının minimum məbləği yanvarın 1-dən 300 manatdan az ola bilməz.
Nazirliyin "Əmək müqaviləsi bildirişi" altsistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur. Bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub. Bu altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir.
Minimum əməkhaqqının artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərin əmək haqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.
İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi aşkar edildikdə, həmin Məcəllənin 127-4.1-ci maddəsinə uyğun olaraq inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində inzibati xəta haqqında iş üzrə icraata başlanılacaq.
Göründüyü kimi artıq xəbərdarlıq olunub. Cərimə isə qaçılmazdır. Belə olan halda bəzən işəgötürənlər gəlirləri az olduğu halda müvafiq addımlar atırlar. İşçilərin maaşları artırmaqla yanaşı, bəzi işçilərin əmək haqqıların sistemdə düzgün qeyd etmirlər. Lazımsız hesab etdikləri vəzifələri ümumi ştat cədvəlində azaldıllar. Amma prosesi elə edirlər ki, burda səhvlərə yol verirlər. Nəticədə işçinin maaşı 300 manatdırsa, onun 150 manat etməklə əmr verirlər. Amma sistemdə isə əmək haqqın 150 göstərsələr də 1500 manat cərimə yenə də olurlar. Səbəb nədir? Səbəb odur ki, sistemdə dəyişiklik etdikdə onu ardıcıllıqla düzgün formada etmək lazımdır ki, 1500 manat cərimə olunmayasınız. Bəs ardıcıllıq necə olmalıdır? Birinci növbədə https://www.e-gov.az/ portala daxil olub, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi xidmətinə https://www.e-gov.az/az/login/index/?return=/az/services/read/3188/0 keçid aldıqdan sonra və elektron sistemə daxil olduqdan sonra Əmək müqaviləsi bildirişlərin daxil edilməsi hissəsində mövcud ştat cədvəlinə yeni ştat vahidi əlavə etmək lazımdır. Ardıcıllıq aşağı hissədəki şəkildə göstərilib. Yalnız prosesi düzgün formada ardıcıllıqla yerinə yetirdikdən sonra siz cərimə olunmayacaqsınız. Ştat cədvəlinə əlavə edilən vəzifə mövcud vəzifə ilə eyni olmalıdır. Misal operator tam ştatdırsa, yeni 0,5 ştat vahidi üzrə yaradılan operator vəzifəsi də operator olmalıdır ki, eyni xüsusiyyətə malik olsunlar. Yeni 0,5 ştat vahidi yeni vəzifə kimi qəbul edilməsin. Ştat yaradıqldıqdan sonra işçinin işinə xitam verilməlidir. Yenidən artıq 0.5 ştat vahidi üzrə işə götürülməlidir. Köhnə tam ştat vahidi ləğv olunaraq təsdiq olunmalıdır. Əmr sayı nəqədər olacaq? 1 əmr veriləcək yeni ştatın yaradılması üçün. 2 əmr işçinin əmək müqaviləsinə xitam verilməsi üçün, 3 əmr işçini yenidən işə götürmək üçün, 4 əmr könhə ştatın ləğv edilməsi üçün. Əgər əmək haqqı qaldırılırılıbsa və ya azaldılırsa bununla bağlı da əmr verilməlidir.
İqtisadçı-ekspert Rauf Qarayev Birinci addım Yeni ştat vahidi düyməsi sıxılır.
Yeni ştat vahidi yaradılır. Yuxarı hissədən və aşağı hissədən qeyd olunan seçilə bilinər.
İş yerinin nörması vahid ştatın 0,5 ştat kimi yaratmaq üçün 1/2 seçirik. Digər qeydləri də ardıcıllıqla edirik. Sonda yadda saxla düyməsini sıxırıq.
Cədvələ düşən vəzifəni seçirik və yuxarıda qeyd olunan hissədə təsdiq edirik.
İşçinin işinə xitam verdikdən sonra bu ştat cədvəlinə yenidən dönüş edib, köhnə vəzifəni qeyd edib silirik.