• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Baloğlan Əşrəfov: “Hamıya demişəm ki, Şuşaya birinci mən gedəcəm”

  • 05.11.2020, 17:52, Baxış sayı:
  • 887
Baloğlan Əşrəfov: “Hamıya demişəm ki, Şuşaya birinci mən gedəcəm”
“Hamıya demişəm ki, Şuşaya gediş-gəliş olandan sonra birinci mən gedəcəm. Bu günlərdə bizim sənət adamları qürur hissi ilə mahnılar oxuyurlar”.

Bu sözləri açıqlamasında Əməkdar artist Baloğlan Əşrəfov deyib.

Sənətçi zəfərlərimizin onu necə fərəhləndirdiyindən danışıb:

“Ərazilərimiz uzun illərdən sonra erməni quldurlarından qurtulur. Ona görə əsgərlərimizə baxırıq, fəxr edirik. İnanın, qohum-əqrabalarımdan şəhid olanlar var. Dayım oğlu da şəhadət şərbəti içdi. Ondan başqa qohumlar, tanışlar da həmçinin. Lakin xüsusi olaraq vurğulayım ki, Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində torpaqlarımızın hamısı işğaldan azad olunacaq. Hələ o vaxtı Şuşaya səfər etmişdim. Atam orada istirahət edirdi. Mən də onun yanına getmişdim. O zaman Şuşaya, onun torpağına vurulmuşdum, heyran qalmışdım. Sonra düşünüb, təəssüflənirdim ki, belə bir şəhərimiz işğal olunub. Deyirdim görəsən bir də gedə biləcəmmi oralara? İndi şükür ədalət öz yerini tapır. Allah bu yolda şəhid olan oğullarımızın ruhunu şad eləsin. Hər birinin qarşısında baş əyirəm. Döyüşən igidlərimizin səs-soraqları gəldikcə fərəhlənirəm. Fəxr edirəm ki, mən də Azərbaycan xalqının bir nümayəndəsiyəm. Və millətim əzəli torpaqlarını işğaldan azad edir. Mən də o böyük qələbə gününü görəcəm .Çox istəyirəm ki, Qarabağa səfər edim”.Serg.az
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter