• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Uşaq pulu verməyərək, onu kompensasiya edən ölkə

  • 15.06.2023, 17:29, Baxış sayı:
  • 846
Uşaq pulu verməyərək, onu kompensasiya edən ölkə
“Azərbaycanda uşaq pulu məsələsi zaman-zaman gündəmə gəlir. Son günlərdə də bu məsələ həm ictimaiyyət, həm də deputatlar və ekspertlər tərəfindən müzakirə olunmaqdadır. Azərbaycanda uşaq pulu sovet dövründən etibarən 2006-cı ilədək verilib. 2006-cı ildən sonra məbləğ çox az olduğundan uşaq pulunun verilməsi dayandırılıb. Həmin dövrdə bu qərar uşaqlar üçün verilən pulun məbləğinin az olması ilə əsaslandırılıb və dövlətin ünvanlı sosial yardıma üstünlük verdiyi açıqlanıb”.
19 may 1998-ci ildə mərhum prezident, Ümummili Lider Heydər Əliyev tərəfindən “Uşaq hüququ haqqında” 499 İQ nömrəli qanun imzalanmışdır. Qanun 45 maddədən ibarətdir. Maddə 13-də qeyd edilir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Maddə 29-da qeyd edilir ki, Dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial yardımlar verir.
Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları əlavə yardım və imtiyazlar tətbiq edə bilər.
Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf olunmalıdır.
Uşaqlarla bağlı olan müavinətlər aşağıdakılardı:
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət
bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət;
beşdən çox uşağı olan qadınlara müavinət;
övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət.
uşağın anadan olmasına görə müavinət:
- 3 yaşınadək uşağa qulluğa görə müavinət
ailə başçısını itirməyə görə müavinət
- vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);
- vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına - əlillik müddətinə;
- vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək.
- Hamiləlik və doğuma görə müavinət
Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Bu məzuniyyət günlərində (4 ay) ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq olmamaq şərtilə müavinət verilir.
Buna baxmayaraq uşaq pulu vermək lazımdırmı? Dəfələrlə bu mövzu qaldırılanda bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdim. Hətta bəzi təkliflərimi də qeyd etmişdim. Təəsüf olsun ki, müsbət cavab ala bilməmişdim. Bəs uşaq pulu evrilməyən ölkələrdə, uşaq pulunun əvəzinə hansı meyyarlar mövcuddur. ABŞ təcrübəsinə əsaslansaq orada uşaq pulu verilmir, amma ildə 1000 ABŞ dolları müqabilində vergi güzəşti var. Misal üçün Azərbaycanda uşaq pulu verilməsə də, ABŞ təcrübəsindən istifadə edərək vergi güzəşti tətbiq edə bilər. Bu həm də formal məşğulluğu aradan qaldıra bilər. Bundan əlavə dövlət yeni iş yerlərinin açılması üçün yeni layihələr üzərində işləməklə, əhalinin məşğulluğunu tam bərpa edə bilər.
Rauf QARAYEV, iqtisadçı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter